Modern.az

Deputat kəndlərdə sakinlərlə görüşdü

Deputat kəndlərdə sakinlərlə görüşdü

24 May 2019, 10:47

Deputat Novruz Aslanov mayın 23-də İsmayıllı rayonuna növbəti səfərini edib, rayonun Vəng, Ruşan və Mücühəftəran kəndində seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb.

 

Modern.az xəbər verir ki, qəbula gələn sakinlər kənddə görülən işlərə görə dövlət başçısına və əlaqədar strukturlara, həmçinin, belə işlərə diqqətlə yanaşdığına görə millət vəkilinə təşəkkür ediblər.  Bunlarla yanaşı kəndlərin yol problemini deputatın diqqətinə çatdırıblar. Millət vəkili əlaqədar qurumlara bu problem barədə məlumat veriləcəyini bildirib.  

 

Sonra müqəddəs Ramazan ayı münasibətilə sakinlərə ərzaq bağlamaları paylanılıb. Axşam saatında millət vəkili Ulu öndər  Heydər Əliyevin xatirəsinə rayon İcra Hakimiyyəti başçısının və yerli strukturların rəhbərlərinin, sakinlərin iştirak etdiyi iftar süfrəsi verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?