Modern.az

DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!”

DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!”

24 May 2019, 11:40

Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayonunda 4 nəfər azyaşlının hamiləliklə bağlı xəstəxanaya müraciət etməsi xəbərini reytinq üçün yazılan ucuz şou adlandırıb.

DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirb ki, dəqiqləşdirilmədən yazılan məlumatlar “KİV haqqında” qanunaziddir:

“Bir gündə bir neçə hamilə xanımın xəstəxanaya müraciət etməsi qeyri-adi hal deyil. Qeyri-adi hal qanunvericiliyi kobud şəkildə pozan, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yerə süni ajiotaj yaratmaq məqsədilə təxribat xarakterli dezinformasiya yaymaqlarıdır. Hansı ki, bu cür hərəkətlərlə jurnaslitikanı da gözdən salırlar”.

 
DİN rəsmisi belə bir halın yaşanmadığını, yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:


“Yetkinlik yaşına çatmış, ailəli, rəsmi nikahda olan şəxslərin doğum şöbəsinə müraciət etməsini təhrif edərək, kobud şəkildə ucuz şouya çevirmək heç bir etik çərçivəyə sığmır”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir