Arxiv
24 May 2019, 13:01 | AKTUAL
Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də...

Türkiyədəki 31 mart seçkilərində İstanbulun bələdiyyə sədri seçilən, daha sonra nəticələri ləğv edilən Əkrəm İmamoğlu təmsil olduğu Cümhuriyyət Xalq Partiyasının tərzinə uyğun deyil desək, yanılmarıq. Belə ki, İmamoğlu klassik CHP siyasətçilərindən fərqli olaraq,  mülayim xasiyyəti, ayrı-seçkilik etmədən yaxınlaşma siyasəti, barışçı xarakteri ilə seçilir. Hətta iddialar var ki, o, nə zamansa CHP sıralarından ayrılsın.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, əgər Əkrəm İmamoğlu iyunun 23-də keçiriləcək təkrar seçkilərdə də qələbə qazanıb, İstanbulun bələdiyyə sədri olsa, onun siyasi ulduzu parlayacaq.


“Böyük iddialar ortaya qoya bilər, çünki onun taktikası da maraqlıdır. Türkiyədə bu cür gərgin mübarizə çərçivəsində onun ortaya qoyduğu barış taktikası diqqəti cəlb edir. İmamoğlu sanki barışdırıcı bir qüvvə kimi ortaya çıxıb. Əgər bələdiyyə seçkilərini qazansa, gələcəkdə öz partiyasının liderliyinə iddia edə bilər. Belə baxanda Türkiyənin indiki Prezidenti Rəcəp Tayyib Ərdoğanın da siyasi ulduzu İstanbul bələdiyyəliyindən başlamışdı. 1994-cü ildə seçkilərdə qələbə qazanaraq İstanbul bələdiyyə sədri olub populyarlaşdı. İstanbulda böyük islahatlar həyata keçirdi, 6 ay həbsdə oldu, o da onun reytinqini bir az qaldırdı. İndi də ölkənin Prezidentidir və dünyada kifayət qədər tanınır”.

 

E.Şahinoğlu bildirib ki, İmamoğlu məğlub olsa, siyasi iddiasını ortaya qoymaqda çətinlik çəkəcək.

 

“Türkiyədə siyasi partiyalar arasında mübarizə sisteminin təməli İkinci Dünya Müharibəsindən sonra qoyulub. 1946-cı ildən bu yana Türkiyənin siyasi tarixində dəfələrlə olub ki, partiyalar parçalanıb, hətta iki dost bir-birindən ayrılıb başqa-başqa partiyalar qurublar. İndiki siyasi təcrübə də ondan xəbər verir. İmamoğlunun nə zamansa partiyasından ayrılması istisna deyil. Amma birgə addımlaması da mümkündür. Əgər ayrılsa belə, İmamoğluna ciddi bir siyasi struktur lazım olacaq ki, sıfırdan bir partiya yaratsın. O da nə dərəcədə uğurlu olacaq, bunun özü böyük sual altındadır. Elə parçalamaqdan, uzaqlaşmaqdansa bələdiyyə seçkilərində qələbə çalıb, öz partiyasında liderliyi ələ almaqla siyasi fəaliyyətini davam etdirə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55