Modern.az

Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi

Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi

24 May 2019, 14:02

Bir neçə dəqiqə əvvəl sosial şəbəkə istifadəçiləri “titrədik”, “zəlzələ oldu” tipli statuslar paylaşıblar.

 

Məsələ ilə bağlı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin rəhbəri Vüsalə Rafiqqızı Modern.az-a bildirib ki, bu saata qədər hər hansı maqnitudu 3 olan təkan qeydə alınmayıb.

V.Rafiqqızı qeyd edib ki, titrəmənin səbəbi hansısa ərazidə aparılan tikinti işləri və ya başqa texnogen səbəblər ola bilər.

O, eyni zamanda jurnalistlərə müraciət edib:

“Hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətin, insanların düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı