Arxiv
24 May 2019, 16:31 | AKTUAL
Çilinin tanınmış saytı Naxçıvandan yazdı

Çilinin geniş oxucu kütləsinə malik epicentrochile.com xəbər saytında Azərbaycan Respublikasının Çili Respulikasındakı Diplomatik Missiyasının müvəqqəti işlər vəkili Yasin Cəfərovun müəllifliyi ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş, “Azərbaycanın tarixi şəhəri Naxçıvan” başlıqlı məqalə yayınlanıb.

 

Modern.az xəbər verir ki, Məqalədə, muxtar respublika barədə geniş məlumat verilərək Naxçıvanın tarixən Qədim İpək Yolu üzərində yerləşdiyi, Şərq və Qərb arasında ticarət yollarını və sivilizasiyaları birləşdirdiyi, “Şərqin Qapısı” adlandırıldığı qeyd olunur. Bu il 95 illik yubileyini qeyd edən Naxçıvan MR-də zəngin mədəniyyəti əks etdirən qədim tarixi abidələrin, o cümlədən hündürlüyünə və bənzərliyinə görə Azərbaycanın “Maçu Piççu”su adlandırılan, Azərbaycan xalqının qəhrəmanlıq simvolu hesab edilən “Əlincə Qalası”nın, yerli xalq inanc və toponimlərindən əlavə Qafqazın bir çox tədqiqatçılarının əsərlərində də bəhs olunan “Nuh peyğəmbərin məzarüstü türbəsi”nin burada yerləşdiyi bildirilir.

 

Azərbaycanda qadına hörmətin, onun ictimai-siyasi həyatda rolunun tarixən var olduğunu sübut edən, Azərbaycan Atabəylər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynamış Mömunə xatının şərəfinə 12-ci əsrdə ucaldılmış, YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmış “Mömunə Xatın” türbəsindən bəhs edilərək, Azərbaycanda bu dəyərin tarixən qorunub saxlanıldığını və Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən dünyanın ilk dövlətləri sırasında olmasının heç də təsadüfi olmadığı vurğulanır.

 

Məqalədə, həmçinin muxtar respublikanın turistik məkanlarından, o cümlədən Ağbulaq və Batabat istirahət mərkəzləri, Duzdağ Fizioterapeya Mərkəzindən bəhs olunur. 2018-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Tərəfindən Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı”, Azərbaycanın “Gənclər Paytaxtı” elan olunduğu, bu münasibətlə ötən il Naxçıvanda bir çox beynəlxalq və yerli festival və tədbirlərin keçirildiyi bildirilir.

 

Eyni zamanda, zəngin mədəni ənənələrə malik Naxçıvanın ənənəvi qrup rəqsi olan “Yallı (Köçəri, Tənzərə)”nın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildiyi qeyd olunur.

 

Bundan əlavə, məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatı potensialından bəhs olunaraq, digər məhsullarla yanaşı məşhur “Badamlı”, “Sirab” müalicəvi mineral sularının, “Naxçıvan duzu”, “Naz Lifan” markalı məhsullarının dünya bazarlarında öz layiqli yerini tutduğu ifadə olunur. Cənubi Qafqaz regionunun ən böyük günəş elektrik stansiyasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşdiyi vurğulanaraq, muxtar respublikanın alternativ enerji mənbələrinə malik olmaqla həm də elektrik enerjisi ixrac etdiyi bildirilir. Təmiz enerji hesab edilən alternativ enerji mənbələri ilə Azərbaycanın öz növbəsində regionun enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd olunur.

 

Muxtar respublikada müasir ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyi və burada xarici tələbələrin də təhsil aldığı qeyd olunaraq, Çilili gənclərin də müxtəlif təhsil təqaüdü proqramları çərçivəsində ölkəmizdə təhsil almaq imkanlarının olduğu bildirilir.

 

Sonda isə, Azərbaycan Hökuməti tərəfindən yaradılan “ASAN viza” sistemi vasitəsilə dünyanın yüzə yaxın ölkəsinin, o cümlədən Çili vətəndaşlarının asan və rahat şəkildə Azərbaycan vizası əldə etmə imkanının olduğu vurğulanaraq, Şərq və Qərb sivilizasiyaları ilə eyni anda tanış olmaq üçün Çili vətəndaşları Azərbaycana, o cümlədən onun Naxçıvan Muxtar Respublikasına səyahət etməyə dəvət olunur.

https://www.epicentrochile.com/2019/05/19/najichevan-la-ciudad-historica-de-azerbaiyan/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Yaqub Mahmudov: “Şirməmməd Hüseynov mərd kişi idi” 25 İyun 2019, 21:40 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47