Modern.az

Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır

Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır

24 May 2019, 16:33

Milli Məclisin birinci vitse-spiker Ziyafət Əsgərov müxalifəttə təmsil olunan bəzi insanların ünvanına qalmaqala səbəb olacaq ifadə səsləndirb.

Modern.az xəbər verir ki, Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində avantürist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular.

Z.Əsgərov bildirib ki, həmin adamlar indi gəlib hakimiyyətə can atır, sosial şəbəkələrdə ağızlarına gələni yazırlar:

“Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.


Xatırladaq ki, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir