Modern.az

Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI

Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI

24 May 2019, 16:51

4 nəfər azyaşlı qızın hamilə olduqlarına görə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi xəbəri ilə bağlı daha bir məlumat verilib.

Xatırladaq ki, buna qədər Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə, Ağstafa Rayon Polis Şöbəsi Modern.az-a açıqlama verərək, məlumatı təkzib ediblər.


Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri, baş mama-ginekoloq Aidə Məmmədova isə Modern.az
-a açıqlamasında məsələnin təfərrüatını açıqlayaraq, suallara aydınlıq gətirib:


“Səhiyyə Nazirliyinin qərarı ilə hamilələrin reyestri aparılır, təlimata uyğun olaraq hamilələr qeydiyyata götürülür. Ağstafa rayonunun ən ucqar kəndi üzrə də məlumatlar rayon mərkəzinə toplanır. Hamilələrdən şəxsiyyət vəsiqəsi, nikahı  varsa ərinin şəxsiyyət vəsiqəsi götürülür. Hamilənin və zahının fərdi kitabçası açılır. Onunla birlikdə hamilə qeydiyyata alınır. Yaşı 18-i tamamlamayanlarla bağlı məlumat daxil olan kimi, hüquq-mühafizə orqanlarına məlumat veririk”.

 

A.Məmmədova bildirib ki, həmin dörd nəfərin 15 yaşı olması və ayın 23-də xəstəxananın Doğum şöbəsinə yerləşdirilməsilə bağlı xəbər yalandır:

 

“Onlar 2001-2002-ci il təvəllüdlü xanımlardır, ailəlidirlər və may ayında qeydiyyata götürülüblər. Həmçinin, hamiləliklərinin ilk ayındadırlar. Hamilə qadınlar istər 40 yaşı olsun, istər 20 yaşı olsun, istərsə də 18 yaşı olsun, hamısı qeydiyyata götürülür və həkim nəzarətində saxlanılırlar. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Doğum şöbəsi var, amma Ginekologiya şöbəsi yoxdur. Bizə zəng edirlər ki, “dörd 15 yaşlı qız doğuş sancısı ilə sizə müraciət edib”. Bizi hədələyirlər, şantaj edirlər. Olmaz belə. Onlar 15 yaşında deyillər”.


Ginekoloq deyib ki, sübut üçün onların adlarını, soyadlarını, ünvanlarını da verə bilər:


“Daha biz nə edək, özümüzü öldürək ki, inansınlar, onların 15 yox, 17-18 yaşı var?!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir