Arxiv
24 May 2019, 18:04 | AKTUAL
Deputatdan mitinq keçirmək istəyənlərə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar”

"Bu gün hər hansı bir mitinqə, etiraz aksiyası keçirməyə heç bir zəmin yoxdur".

Bu barədə Modern.az-a açıqlamasında deputat Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əsl inkişaf, əsl tərəqqi, əsl çiçəklənmə, islahatların yeni dalğası yaşanır:

“Təbii ki, Azərbaycan demokratik, hüquqi, demokratik, dünyəvi dövlətdir. Ölkəmizdə bütün insan hüquq və azadlıqları ölkə Konstitusiyası ilə təsbit olunub. O cümlədən, insanların söz, ifadə, sərbəst toplaşımaq azadlığı həm Konstitusiyamızda, həm də müvafiq qanunvericilik aktlarımızda əksini tapıb. Mövqeyindən, baxışlarından, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir fərd, insan, siyasi təşkilat bu hüquqlardan sərbəst yararlanmaq hüquqlarına malikdir və bu hüquqlardan yararlanmaq üçün ölkədə hər cür şərait yaradılıb. Kimsə bundan gileylənə, şikayət edə bilməz. Amma bir məsələ də var ki, hansısa etiraz aksiyası, mitinq və yürüş üçün bir əsas, zəmin olmalıdır. Belə bir əsas və zəmin isə ortada yoxdur. Ortada olanlar, sadəcə, bəzi uğursuzların iddialarıdır. Bu gün Azərbaycanda əsl inkişaf, əsl tərəqqi, əsl çiçəklənmə, islahatların yeni dalğası yaşanır. Bunları görməmək mümkün deyil, insafsızlıq və ədalətsizlikdir”.

Azərbaycanın həm də dünyanın, regionun sabitlik və təhlükəsizlik adası olduğunu vurğulayan deputatın fikrincə, ölkəmiz milli və dini tolerantlıq mərkəzi, siyasi, hərbi, iqtisadi, humanitar dialoq məkanıdır:

“Həmçinin, dünyanın hər bir ölkəsində, ən inkişaf etmiş, ən qabaqcıl ölkələrdə belə problemlər var, Azərbaycan da bunlardan xali deyil. Amma əsas odur ki, bunları, problemləri ilk növbədə Azərbaycan dövləti görür və bir-bir aradan qaldırır. Odur ki, artıq hansısa dairələrin, uğursuzların bəhanələrinə də yer qalmır. Məsləhətimiz odur ki, artıq gedib bir işin qulpundan yapışsınlar". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Yaqub Mahmudov: “Şirməmməd Hüseynov mərd kişi idi” 25 İyun 2019, 21:40 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50