Arxiv
24 May 2019, 18:44 | AKTUAL
Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO

Mayın 29-da futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni sıx qrafiklə çalışmağa hazırdır. 

 

Bunu Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Məlumata görə, bu müddətdə metropolitenin sərnişinləri arasında fərqli kontingent də olacaq. Sərnişinlərə, əsasən də xarici qonaqlara lazımi xidmət göstərmək üçün metropoliten də könüllülərin xidmətindən istifadə edəcək.

 

Əcnəbilərin daha çox istifadə edəcəyi ehtimal olunan stansiyalara təhkim olunacaq 30 könüllünün seçimi başa çatıb və onların bilik-bacarığının artırılması məqsədilə treninqlər keçirilib. Treninq zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq, bütün sərnişinlərlə davranış qaydaları barədə geniş məlumat verilib.

 

Qeyd edək ki, final qarşılaşması ərəfəsi və oyundan sonra şəhərdə yarana biləcək vəziyyət təhlil edilərək, araşdırılmış və treninqlərin istiqaməti əvvəlcədən müəyyənləşib.

 

“Bakı Metropoliteni” QSC-nin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov könüllülərə keçirilən treninqin əsas məqsədi barədə geniş məlumat verərək, bildirib ki, sərnişinlərin informasiya ehtiyaclarının ödənilməsinə diqqət edilməli, milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı məlumatlar əcnəbi qonaqlara çatdırılmalıdır. Departament rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, sərnişinlərin bu qəbildən olan suallarla daha çox müraciət edəcəyi gözlənilir.

 

Bakı metropoliteni üzrə polis şöbəsinin rəisi Samir Hüseynov könüllülərin nəzərinə çatdırıb ki, ən vacib məsələlərdən biri də yarışın keçiriləcəyi obyekt və həmin ərazidə yerləşən ictimai əhəmiyyətli yerlər və həmin yerlərə istər metro, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə məlumatların şəhərimizin qonaqlarına dəqiq şəkildə verilməsidir. Samir Hüseynov həmçinin onu da qeyd edib ki, stansiyaların ərazisində baş verə biləcək hər hansı hadisələrlə bağlı ərazilərdə olan polis nəfərlərinə dərhal yaxınlaşmalı, onlar da təhlükəsizliyin və asayişin qorunmasında müvafiq qaydada kömək göstərməlidirlər.

 

Hərəkət xidmətinin rəisi Etibar İsayev metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallar, metro xətlərinin sxemi, kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydasının könüllünün bilməli olduğu məsələlər sırasına daxil olduğunu bildirib.

 

Xidmət şöbəsinin rəisi Lalə Babayeva könüllülərə verilən məlumatları həm də ingilis dilində onların nəzərinə çatdırıb. Bununla yanaşı, o, şəhərimizin qonaqlarının könüllüləri asanlıqla tanıması üçün üzərində “Ask me” ("Məndən soruş") yazısı olan köynək, papaq, çanta, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, yaddaş kitabçası ilə təmin olunmaq və şəhərimizin qonaqları ilə münasibət qurmaq barədə geniş məlumat verib.

 

SƏTƏMM şöbəsinin aparıcı mütəxəssisi Ofeliya Mustafayeva təqdimatında bildirib ki, Bakı metropoliteni ərazisində xidmət göstərəcəkləri üçün könüllülərin də ilk vəzifələri sırasında yanğın və ictimai təhlükəsizlik texnikası, ilkin tibbi yardım, digər fövqəladə hallar zamanı zəruri hazırlığın olmasıdır. Ofeliya Mustafayeva onlara bu məsələlərlə bağlı təlimatlar verib.

 

Onu da qeyd edək ki, könüllülər mayın 27-dən 30-na kimi metropolitenin yeddi stansiyasında - “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” stansiyalarında ikinövbəli iş rejimi şəraitində xidmət göstərəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03