Arxiv
24 May 2019, 20:16 | AKTUAL
Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən yarışda bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və jurnalistlər iştirak edib.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış 17 komandadan ibarət olub. “Xəmsə” formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıblar.

 

Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin komandası birinci, İqtisadiyyat Nazirliyinin komandası ikinci, Dövlət Turizm Agentliyinin komandası isə üçüncü yeri tutub. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bilik yarışmasında maksimal nəticə göstərərək qalib gələn komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə uğurları arzulayıb.

 

Qalib komandalara diplomlar və mükafatlar təqdim olunub.

 

Yarışda qalib olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil edən komandanın kapitanı Fərid Mirzəyev yarış barədə öz təəssüratlarını bölüşərək, yarışa çox qısa vaxt ərzində hazırlaşaraq komandalarını formalaşdırdıqlarını bildirib. “Belə bir böyük tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Çox sevinirəm, özümüzü və nazirliyimizi təbrik edirəm. Əsas odur ki, düzgün istiqamət götürdük. Qalib gəldiyimizə və bizə göstərilən etimadı doğrultduğumuza görə çox sevincliyik”.

 

Bilik yarışmasının üçüncüsu olan Dövlət Turizm Agentliyinin komandasının üzvi Rüstəm Mehdizadə bilik yarışının dövlət qurumları arasında ilk dəfə təşkil olunduğunu bildirib. “Biz də 3-cü yeri qazandığımıza görə sevinirik və fürsətdən istifadə edib Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramlarını təbrik edirik”. Tədbirdə iştirak edən komandalar maraqlı yarışmanın təşkilinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıqlarını bildirib və bu cür intelektual yarışmaların keçirilməsinin çox vacib olduğunu qeyd ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz yazı... 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47