Arxiv
25 May 2019, 00:05 | AKTUAL
“SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR

“Art Gallery Hotel”də ölkəmizdə çox populyar olan “SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

Modern.az xəbər veir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə “SÖZ” ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın “SÖZ” layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm də onların inkişafı və birləşməsi üçün şəraitin yaradılmasındadır.

Yeni konsepsiya barədə danışan N.Həsənzadə deyib ki, bu, gənc müəlliflər üçün "açıq qapılar"ın keçirilməsini nəzərdə tutur, gənc qələm əhlinə dostlar, həmkarlar və layihələrin rəhbərləri ilə görüşmək, faydalı məlumatları bölüşmək, onları maraqlandıran sualları vermək və ayda iki dəfə rahat və müasir “Art Gallery Hotel” kafesində dostlara yeni əsərlərini oxumaq imkanı verir. Bu günlərdə "Sattart Cafe" öz qonaqlarına pulsuz xidmət göstərəcək.

Layihənin direktoru bildirib ki, “SÖZ” layihəsinin məqsədi həm yerli, həm də xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: “Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları “SÖZ” adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı və tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim “SÖZ” adlı ailəmiz yarandığı gündən artıq 3 ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi və inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub”.

Sonra gənc şairlər öz şerlərini oxuyublar.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.

Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə avtobus qəzası – 10 ölü, 30 yaralı 26 İyun 2019, 10:40 Ümid sənədir ancaq, Azərbaycan əsgəri! - VİDEO 26 İyun 2019, 10:34 Fazil Məmmədovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi 26 İyun 2019, 10:25 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 26 İyun 2019, 10:24 Türkiyə və Azərbaycan arasında hərbi saziş qüvvəyə minib 26 İyun 2019, 10:22 BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu... 26 İyun 2019, 10:16 Bir var idi, bir yox... - Varislər HAQQINDA 26 İyun 2019, 10:09 Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb - Nazirlik 26 İyun 2019, 10:03 Təmas xəttində nisbi sakitlik hökm sürür 26 İyun 2019, 09:56 Konqres Trampa İranla müharibə etməyi qadağan etmək istəyir 26 İyun 2019, 09:26 Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü... 26 İyun 2019, 09:19 Neft 66 dollardan baha satılır 26 İyun 2019, 09:09 Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü 26 İyun 2019, 09:05 “Vəziyyət çox təcilidir” - Asim Mollazadə AŞPA-da Dilqəmlə Şahbazdan DANIŞIB 26 İyun 2019, 08:58 Jurnalist Ramilə Qurbanlının qardaşı vəfat etdi 26 İyun 2019, 08:46 Azərbaycanı ABŞ-da təbliğ edən türk professor 26 İyun 2019, 08:39 “Ciyər axşamı”ndan qayıdan gənc traktorun altında qaldı 26 İyun 2019, 00:58 Gürcüstanda zəlzələ oldu 26 İyun 2019, 00:44 Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Yaqub Mahmudov: “Şirməmməd Hüseynov mərd kişi idi” 25 İyun 2019, 21:40 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38