Modern.az

Çingiz Qənizadə seçicilərini dinlədi

Çingiz Qənizadə seçicilərini dinlədi

25 May 2019, 12:52

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişlinin Qaragüvəndikli kəndində seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat Qaragüvəndikli kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb. Deputatla görüş zamanı kənd sakinlərinin bir neçə ümumi xahişi də olub. Belə ki, sakinlər pay torpaqlarına gedən yolda su körpüsünün uçması, kənd ərazisinin müəyyən hissələrinə qrabel daşınması və taxıl biçini üçün kombayn verilməsini xahiş ediblər. Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb.

Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib. Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi