Modern.az

Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası

Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası

25 May 2019, 15:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində 28 May-Respublika günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, millət vəkilləri Tahir Rzayev, Hikmət Babaoğlu, nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və b. iştirak edib.

 

Çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin  xalqımızın müsəlman Şərqində ilk demokratik respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıblar. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi böyük inkişaf yolunda inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi bu gün bütün sahələrdə dayanıqlı inkişafa, güclü iqtisadiyyata və güclü orduya malik olan, dünya birliyində nüfuzlu mövqeyi ilə seçilən bir dövlətdir.

 

Tədbirdə dövlət müstəqilliyi daim möhkəmlənən Azərbaycanda uğurlu sosial inkişaf startegiyasından bəhs olunub. Aparılan sosial siyasətin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunduğu, sosial infrastruktur layihələrinin ildən-ilə geniş miqyas aldığı vurğulanıb. Eyni zamanda, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün aparılan işlər qeyd edilib.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə əlilliyi olan şəxslər üçün yeni reabilitasiya mərkəzləri yaradılıb və bu proses hazırda da davam edir. Cari ildə də ölkəmizdə bir sıra bərpa mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, bərpa-müalicə müəssisələrinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində də yüksək  standartlara cavab verən reabilitasiya şəraiti yaradılıb. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli fizioterapevtik üsullar tətbiq edilir.

 

Mərkəzdə bərpa kursu keçən əlilliyi olan şəxslər ürək sözlərini ifadə edərək, daim güclənən və hər bir vətəndaşına qayğı ilə yanaşan, dəstək olan bir dövlətin vətəndaşları olmaqdan qürur hissi keçirdiklərini vurğulayıblar.

Tədbir incəsənət ustalarının ifasında ədəbi-musiqili proqramla davam edib.

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...