Modern.az

Litvada yeni prezident seçildi - FOTO

Litvada yeni prezident seçildi - FOTO

Dünya

27 May 2019, 09:07

Mayın 26-da Litvada prezident seçkilərinin ikinci turu keçirilib.

Modern.az xəbər verir ki, səsvermə nəticəsində Litvada yeni prezidentin kimliyinə aydınlıq gəlib..

Seçki komissiyasının məlumatına görə, müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda 66,72 faiz səs alıb.

Digər namizəd, keçmiş maliyyə naziri İnqrida Simonite isə səslərin 33,28 faizinə sahibdir.
Qutuların hamısı açılmadığından səs faizi azacıq dəyişə bilər.

Son nəticələr bu gün açıqlanacaq. Amma Gitanas Nausedanın qalib gəldiyini artıq söyləmək olar.

Litvanın hazırkı qadın prezidenti Dalya Qribayskayte də Gitanas Nausedanı qələbə münasibətilə təbrik edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü