Modern.az

Tramp İranla danışıqlar üçün şərt irəli sürdü

Tramp İranla danışıqlar üçün şərt irəli sürdü

Dünya

27 May 2019, 10:06

Əgər rəsmi Tehranın güclü istəyi olarsa, ABŞ onunla danışıqlara başlayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Yaponiyanın hökumət rəhbəri Sintze Abe ilə danışıqlardan sonra deyib.

 

“Mən doğurdan da inanıram ki, İran danışıqlar aparmaqda maraqlıdır. Və əgər onlar bunu istəsələr , biz də bunu istəyəcəyik”- deyə Tramp açıqlama verib.

 

Sözlərinə “heç kəs, xüsusən də mən dəhşətli hadisələrin baş verməsini arzulamıram” əlavə edən Tramp baş nazir Sintze Abenin gərginliyi aradan qaldırmaq üçün İrana səfər planlarını alqışlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...