Modern.az

AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!”

AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!”

27 May 2019, 12:39

Ölkəmizdə keçiriləcək Avropa Liqasının final matçına 2 gün qalıb. Hamıya maraqlıdır, böyük oyuna nə qədər bilet satılıb?
Finalçı komandalara verilən biletlərin müəyyən qisminin UEFA-ya qaytarılması və qiymətlərin yüksək olması səbəbindən stadionun tam dolacağı barədə şübhələnməyə əsas verirmi?

Modern.az saytı bunula bağlı suallara cavab tapmaq üçün AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxlayıb.

Mətbuat katibi bildirib ki, bilet satışları hələ də davam edir və böyük bir qismi satılıb:

Bilet satışları iTicket.az saytında, “Gənclik Mall”, “28 Mall”, “Port Baku” və Heydər Əliyev sarayının kassalarında hal-hazırada davam edir. Təxmini 10 minə yaxın bilet hazırda satışdadır. 52 000-dən artıq bilet satılıb”.

Firuz Abdulla əlavə edib ki, klubların geri qaytardığı biletlər üçün UEFA-ya müraciət edilib ki, o biletləri də ölkəmizdəki azerkeşlərə sataq:

“Hər iki kluba 6 000 bilet ayrılmışdı. 4.500  bileti “Arsenal”, 3.500-nü isə “Çelsi”  klubu satıb. Qalan 4000 bilet üçün AFFA UEFA-ya müraciət edib ki, ölkəmizdə maraq böyük olduğu üçün satışla bağlı çətinlik varsa,verin biz öz azerkeşlərimizə o biletləti sataq”.


AvroLiqanın “Arsenal” və “Çelsi” klubları arasındakı final oyunu mayın 29-da, saat 23.00-da Bakı Olimpiya Stadionunda başlayacaq.


Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi