Arxiv
27 May 2019, 15:16 | AKTUAL
101 yaşın mübarək, Azərbaycan Respublikası!

Sənin necə şirin olduğunu sənsizliyin acısını dadanda hiss etdim. Gördüklərim doğma deyil deyə, nə qədər möhtəşəm görünsə də yerini verə bilmir. Bəli, Sənin qoynunda yaşayarkən çətinliklərim olsa da özümü çox xoşbəxt sanırdım. Burada hər nə desən varımdır, amma Sən yoxsan deyə xoşbəxtliyin nə olduğunu çoxdan unutmuşam. Demirəm ki, yaşadığım mühit eybəcərdir, fəqət özgədir, yaddır. Axı bu özgələrə, yadlara doğma olmaq üçün Səni unutmalıyam. Bax bunu bacara bilmirəm, Vətən!..

Yüz illər boyu babalarım qoynunda qərar tutub ömür sürüblər. Aclıqda, fəlakətdə, müharibələrdə, hətta xəyanətdən ölənləri də olub. Amma heç biri Səni tərk edib rahatlığı yad ölkələrdə axtarmayıblar. Hara getsələr də sonda geri dönüblər. 

Vətən! Doğma ruhların rahatlıq tapdığı məkan...

Demirəm ki, Səndən gözəli yoxdur, Sən dünyanın ən gözəlisən. Əsla elə deyil, Sənin də öz nöqsanların vardır, amma bütün nöqsanlarınla əzizsən, doğmasan. 

Sənin nöqsanlarını biz düzəltməliyik, bir övlad kimi. Axı Sən bizim ANAmızsan...

Min illərlə xəqanların oylaq yeri olmusan. Sənə yiyələnməyə çox sərkərdələr səy göstərib, baş sındırıb. Səni əziblər, Səni məhv etməyə çalışıblar. Amma hər zaman yaşamısan. Tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmısan. Nəhayət Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, işğal altında olan ərazidən ölkə səviyyəsinədək yüksəldə bilib. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası! Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına başqa sözlər əlavə olunsa da Sən respublika olaraq yüz bir ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə də sonda ilk atributlarına qayıtmısan, onları ən mükəmməli seçmisən...

Azərbaycan! Mənim doğma diyarım. Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim məmləkət. Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə mənunam, necə qürurluyam. 

Bəli, 101 yaşın tamam olur. Mənim 101 yaşlı doğma respublikam! Səni Amerika Birləşmiş Ştatlarından böyük sevinc hissi ilə təbrik edir, Sənə əminamanlıq, bütövlük arzulayıram. 

Yaşasın, Azərbaycan Respublikası!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12