Modern.az

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı

Jurnalist Səxavət Məmməd azadlığa buraxıldı

29 May 2019, 10:02

Ağdam rayon Məhkəməsi tərəfindən dünən barəsində 10 sutkalıq həbs qərarı çıxarılan “Yeniçağ”ın əməkdaşı Səxavət Məmməd dünən azadlığa buraxılıb.

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin çalışdığı redaksiyadan bildirilib. Belə ki,  Səxavət Məmmədin apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi jurnalistin azadlığa buraxılması haqda qərar çıxarıb.

Xatırladaq ki, jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olması idi. S.Məmməd borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarmışdı. 

“Yeniçağ”ın redaksiyası isə jurnalistə son günlərdə yazılarına görə müxtəlif vasitələrlə təzyiqlər olduğunu bəyan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir