Modern.az

Bakıya gələn turistlər: “Ölkənizi çox sevdik” - FOTOREPORTAJ

Bakıya gələn turistlər: “Ölkənizi çox sevdik” - FOTOREPORTAJ

29 May 2019, 16:10

Bu gün keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya xeyli sayda turist axın edib. “Çelsi” və “Arsenal” arasında keçiriləcək oyuna baxmaq üçün Bakıda hər iki klubun kifayət qədər əcnəbi azarkeşi var. 

 

Modern.az-ın əməkdaşı  şəhərimizə gələn turistlərin Bakı haqqında təəssüratlarını soruşub.

Bunun üçün Dənizkənarı Milli Park ərazisində xeyli müşahidə apardıq.

İngiltərədən olan Jess bildirdi ki, Bakı təsəvvür etdiyindən də gözəl şəhərdir.

““Arsenal” komandasınına azarkeşlik edirəm. Final oyununa görə şəhərinizə ilk dəfədir səyahət edirəm. Belə düşünürəm ki, bu gəlişim son olmayacaq”.

“Çelsi”nin azarkeşi olan ukraynalı Anna: “Ölkəniz çox böyükdür, Bakı isə çox maraqlı şəhərdir. Dənnizkənarı Milli Parkı çox sevdim, insanlar gülərüzdür”.


Rusiyadan olan azarkeşlər Denis və Alekseyin sözlərinə görə, bundan əvvəl də bir neçə dəfə Bakıya səyahət ediblər:


“Lakin ilk dəfədir ki, Dənizkənarı Milli Parkı belə gözəl görürük. Hər yerdə futbol həyəcanı hiss olunur”.


Rusiyalı turistlərin azarkeşlik etdiyi klub fərqlidir.


 

Almaniyalı turist Paul isə qeyd etdi ki,  komandaların heç birinə azarkeşlik etmir: “Oynayan tərəflərdən heç birini dəstəkləmirəm, bitərəf mövqedəyəm. Sadəcə, AvroLiqanın final oyununu qaçıra bilməzdim, ona görə Bakıya gəldim. Şəhərin maraqlı görüntüsü var, oyun başlayanadək maraqlı yerləri görmək istəyərdim”.

Şotlandiyalı “Arsenal azarkeşi Aleksandr: “Oyun bu gün keçirilsə də, artıq bir həftədir ki, Bakıdayam. Bu günlər ərzində şəhərin maraqlı yerlərində oldum. Qız Qalası, İçərişəhər Bakının qədim tarixə malik olmasının göstəricisidir. Baxmayaraq ki, oyun axşam saatlarında keçiriləcək, lakin səhərdən şəhərdə böyük coşğunun şahidi oluruq”.

 

Çinli azarkeş Nianzu “Çelsi”nin oyununa baxmaq üçün gəlib: “Qala divarlarının əsrarəngiz görünüşü var. İçərişəhəri, dar küçələri xüsusilə sevdim. Dənizkənarı parkdakı əhval-ruhiyyə insanda maraq yaradır”.

 

FOTO: İsmət PAŞA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir