Modern.az

Mətbuat Şurasına daxil olan şikayətlərin 30 faizi təhsillə bağlıdır

Mətbuat Şurasına daxil olan şikayətlərin 30 faizi təhsillə bağlıdır

30 May 2019, 11:40

"Mətbuat Şurasına il ərzində 600-700 şikayət daxil olur. Bu şikayətlərin minimum 30 faizi məhz təhsil sahəsi ilə bağlıdır".

 

Modern.az xəbər verir ki, bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin KİV nümayədələri üçün keçirdiyi təlimdə deyib.

 

O bildirib ki, bir çox hallarda şikayət verən tərəf haqlı olur:

 

"Bəzi saytlar var ki, biz onları reket kimi qara siyahıya salmışıq. Onlar məktəb və müəllimlər haqqında həqiqətdən uzaq informasiyalar yayırlar. Düzdür, həqiqəti yazanlar da olur”.

 

Əflatun Amaşovun sözlərinə görə, bəzən təsəvvür yaradırlar ki, Azərbaycan müəllimlər savadsızdır, məktəblərdə rüşvət tüğyan edir".

 

"Təəssüflər olsun ki, belə yazan saytların da sayı çoxdur. Bəzi həmkarlarımız düşünür ki, məktəb təhsillə yanaşı tərbiyə də etməlidir. Adətən tərbiyə məsələsi ailədə olur. Düzdür, müəllimlərin ədalətsizlikləri onların gələcəyinə müəyyən dərəcədə mənfi təsir edir. Amma hər şeyi məktəbin üzərinə atmaq olmaz".

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...