Modern.az

Təhsil nazirinin müavini jurnalistləri QINADI

Təhsil nazirinin müavini jurnalistləri QINADI

30 May 2019, 12:15

 

"2030-cu ilə qədər dünyada mövcud olan ixtisasların və peşələrin 80 faizinə ehtiyac olmayacaq".

 

Modern.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov media üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, gələcəkdə əmək bazarında hansı peşələrə, ixtisaslara ehtiyac olacağını bu gün proqnozlaşdırmaq çətindir:

 

"Ona görə təhsil sistemində baza biliklərin verilməsini inkişaf etdirməliyik. Gəncləri müstəqil fəaliyyət göstərməyə işimizi istiqamətləndirməliyik. Aparılan islahatlar bu məqsədləri güdür".

 

F. Qurbanov təhsil sistemində hələ də bəzi problemlər olduğunu bildirib:

 

"Təhsil sistemində müəyyən problemlər mövcuddur ki, bunun da obyektiv və subyektiv səbəblər var. Cəmiyyəti narahat edən məqam şagirdlərin və müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və bu, bəzən psixi səviyyə gəlib çıxır. Biz buna həssaslıqla yanaşırıq. Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və bunların özünəməxsus xarakteri var. Tədqiqatlar göstərir ki, uşaq formalaşmış xarakterlə məktəbə daxil olur. Uşağın xarakteri 3-5 yaşda formalaşır. Ailələr, müəllimlər müxtəlifdir. Hər biri biz istədiyimiz kimi təlimi apara bilmirlər".

 

Nazir müavini qeyd edib ki, orta məktəblərdə baş verən hadisələrə Təhsil Nazirliyi tərəfindən adekvat reaksiyalar verilir:

 

"Gərginliyin aradan qaldırılması, məsuliyyətin gücləndirilməsi, təlim-tərbiyə ilə bağlı, xüsusi hallarla bağlı “qaynar xətt” yaradılır, tədbirlər planı həyata keçirilir. Məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz. Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər. Buna görə, bu məsələlərə həssaslıq yanaşmaq lazımdır".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü