Modern.az

Bu il 274 şagirdimiz olimpiada medalı qazanıb

Bu il 274 şagirdimiz olimpiada medalı qazanıb

Aktual

30 May 2019, 13:42

"Bu günə qədər beynəlxalq fənn olimpiadalarında şagirdlərimiz 29 qızıl, 97 gümüş, 246 bürünc olmaqla ümumilikdə 372 medal qazanıb".

 

Modern.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev “İstedadlı uşaqlarla iş” mövzusunda təqdimatında deyib.

 

O bildirib ki, onlardan 155-i 2013-cü ildən sonra qazanılıb:

"Olimpiadalarda şagirdlərimiz riyaziyyatdan 6 qızıl, 45 gümüş, 96 bürünc, kimya fənni üzrə 12 qızıl, 18 gümüş, 72 bürünc, informatika üzrə 7 gümüş, 18 bürünc, fizika üzrə 19 gümüş, 39 bürünc, biologiya üzrə 4 qızıl, 8 gümüş, 21 bürünc medal qazanıb".

Fuad Qarayev 2014 -2019 -cü ildə keçirilən Respublika fənn olimpiadalarının statistikası haqqında da məlumat verib:

 

"2014-2015-ci il tədris ili ərzində 21 min 140 şagird iştirak edib və onlardan 260-ı medal qazanıb.

 

2015-2016-ci il tədris ili ərzində isə 27 min 500 şagird iştirak edib onlardan 269 nəfər, 2016-2017-ci il tədris ili ərzində 26 min 685 nəfər iştirak edib onlardan 263-ü nəfəri medal qazanıb, 2017-2018-ci il tədris ili ərzində 29 min 766 nəfər iştirak edib və 299 nəfər medal qazanıb. 2018-2019-ci il tədris ili ərzində 33 min 98 nəfər iştirak edib, onlardan 274 nəfəri medal qazanıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır