Modern.az

Məktəblilər üçün vahid geyim formaları olacaq – Nazir müavini

Məktəblilər üçün vahid geyim formaları olacaq – Nazir müavini

Aktual

30 May 2019, 15:32

"Azərbaycanda məktəblilər üçün vahid geyim formaları olacaq" .

 

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışı zamanı deyib.

 

Nazir müavini qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb.

 

"Əvvəllər formaları məktəblər özləri müəyyənləşdirirdilər. Yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi təklif edilən formalardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü