Modern.az

Fatih Terim: "Azərbaycan klubları ilə yoldaşlıq görüşü keçirə bilərik"

 Fatih Terim: "Azərbaycan klubları ilə yoldaşlıq görüşü keçirə bilərik"

15 Yanvar 2012, 00:41

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan komandaları ilə yoldaşlıq görüşü keçirə bilər.

Bu barədə Qol.Az-a eksklüziv açıqlamasında "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Superliqanın XX turu çərçivəsində "Karabükspor"la oyundan sonra məlumat verib.

Azərbaycanda çox sevildiklərini bildirən Terim qış hazırlıqları dönəmində hər hansı bir klubumuzdan rəsmi təklif alacaqları təqdirdə, yoxlama görüşü keçirəcəklərini vurğulayıb.  

Qeyd edək ki, "Qalatasaray" - "Karabükspor" matçı 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir