Arxiv
30 May 2019, 19:25 | MEDİA
Poznerə məktub

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud, Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə tanınmış Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb. Modern.az həmin məktubu təqdim edir:

 
"Rusiyanın I Kanalında yayımlanan "Pozner” verlişinin müəllifi Vladimir Poznerə

 
Vladimir Vladimiroviç,

 
Azərbaycanın qədim, əzəli torpağı olan Qarabağa getmək arzunuzu və qəlbinizin hər zaman ermənilərlə bir olduğunu bildirdiyiniz çıxışınızla təsadüfən bu yaxınlarda sosial şəbəkədə tanış oldum.

        
Mətləbə keçməzdən əvvəl istəyirəm biləsiniz ki, siz hər zaman Azərbaycanda istedadlı teleaparıcı, fərqli düşüncə sahibi kimi tanınmısınız, analitik təhlil qabiliyyətiniz, hadisə və situasiyalara təfsilatlı, dərin və ədalətli yanaşma tərzinizlə hər zaman azərbaycanlılar tərəfindən sevilmisiniz. Səhv etmirəmsə, sizin də Azərbaycan və azərbaycanlılarla bağlı elə bir probleminiz olmayıb. Lakin son günlər sosial şəbəkələrdə, az qala, Azərbaycan üzərində qələbə kimi yayımlanan “azərbaycanlıların qara siyahısı”na düşməklə bağlı sərgilədiyiniz acı ironiyanızın nədən qaynaqlandığı barədə xeyli düşünsəm də, bir şey anlaya bilmədim. Qəlbinizin ermənilərlə bir olduğunu uşaq cığallığıyla bəyan etməyinizin səbəbi də mənə qaranlıq qaldı. Bu, heç də həmin o “fərqli düşüncə”, “dərin və ədalətli yanaşma tərzi” sahibi olan Poznerin məntiqi, danışıq mədəniyyəti deyil. Sizcə, bununla azərbaycanlıları pərtmi etdiniz? Yoxsa, onları qəlbinizin ermənilərlə bir olması xəbəri ilə sarsıtdınız?

        
Sizi qınamıram, olsun ki, Qarabağın tarixi, mövcud qədim xəritələr, beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təsdiq olunmuş yüzlərlə sənəd, fakt və sübutlarla maraqlanmağa, bu məsələni araşdırmağa vaxtınız, ya həvəsiniz olmayıb. Həm də zaman sürətlənib, işləriniz çoxalıb, Ermənistanda kitabınız nəşr olunub, təbrik edirəm.      Amma bütün bunlar, dünyaca məşhur teleaparıcı, yaxud yazıçı olmanız, daha hansısa məziyyətləriniz heç də bütöv bir xalqın sağalmaz yarası, dərdi olan ağrılı, taleyüklü məsələ ilə bağlı bu qədər səthi, qeri-ciddi münasibət sərgiləməyə, üstəlik, insan və vətəndaş haqları kobudcasına pozulmuş, getmək arzusunda olduğunuz torpaqlarında, həmin o Qarabağda minlərlə soydaşı – qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirilmiş, bu gün də o torpaqda təhqir və işgəncələr dolu əsirlik həyatını yaşamağa davam edən azərbaycanlılara iztehza bildirmənizə əsas vermir. Qəlbinizin də kimlərlə bir olub-olmaması nə azərbaycanlıların qəlbində, nə də Qarabağ Həqiqəti məsələsində heç bir əhəmiyyət kəsb etmir, bilin. 

        
Təəccüblü deyil, son illərin mistik zaman axını bəşəriyyəti, insanlığı içi süd dolu nəhəng çəni çalxalayantək çalxalamaqda, yağı yağa, qaymağı qaymağa ayırmaqda, bulanıq suyunu dibə çökdürməkdədir. Bu illər ərzində sizli-bizli nə qədər işıqlı ziyalının, ədalət və vicdan sahibinin həmin o bulanıq çöküntüyə qərq olub həyatın dibinə yuvarlandığının şahidi oluruq. Bu, bizi həm heyrətləndirir, həm kədərləndirir. İstedad, ədalət və vicdan sahibi olanların, ziyalıların, qələm və sənət adamlarının həyatın hansı döngəsindəsə sınıb, xırdalanıb sağ ikən yoxa çıxması, sosial-siyasi, maddiyyat məngənəsində əriyib-itməsi acı kədərdən savayı ayrı bir hiss doğurmur.

        
Lakin Zaman amansız, tarixi həqiqət, Haqq əbədi və dəyişməzdir, bilin.

        
Və nə Zaman, nə Haqq haqsızları bağışlamır, bunu unutmayın!        

 

Afaq Məsud,
Azərbaycan yazıçısı"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Vəkillə təhsil eksperti arasında qalmaqal: Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58