Modern.az

Tanınmış ziyalı vəfat edib - FOTO

Tanınmış ziyalı vəfat edib - FOTO

Allah rəhmət eləsi̇n

30 May 2019, 20:13

Azərbaycanın tanınmş mühəndisi Vidadi Mürsəlov dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki,  Vidadi Mürsəlov 19 mart 1958-ci ildə Kəlbəcər rayonu Zərqulu kəndində anadan olub. Ali təhsilin Azərbaycan Kənd Təsərrüfatı İnstitunda mühəndis-elektrik ixtisası üzrə alıb.

 

Vidadi Mürsəlov SSRİ Energetika Nazirliyi, "Azərenerji" ASC,  "Azərelektrikşəbəkətikinti" trestində sahə rəisi, idarə müdiri və trest müdirinin müavini işləyib.

 

Vidadi Mürsəlov elektrik təchizatı və inkişaf etdirilməsi layihələrində daim bacarıqlı mühəndis və rəhbər vəzifəli şəxs kimi yaxından iştirak edib.

 

O, çox vətənpərvər, dövlətini, xalqını sevən, dövlətinə sədaqətli, qürurlu, ailəcanlı və dostluğa sadiqliyi ilə çox insana nümunə olub. Vidadi Mürsəlov daim öz doğma yurdlarından didərgin salınan soydaşlarımızın qayğıları ilə yaşayır, əlindən gələn köməkliyi əsirgəmirdi.

 

Vidadi Mürsəlovun yeganə arzusu  doğulduğu Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması və doğma yurdunun bərpasında yaxından iştirak etmək idi.

 

Vidadi Mürsəlov çalışdığı müddət ərzində fəaliyyətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Qeyd edək ki,  bu il mayın əvvəlində Vidadi Mürsəlovun səhhətində qəflətən  problem yaranmış, o, müayinə və müalicə olunmaq üçün Almaniyaya getmişdi. Almaniyada əməliyyat olunan   Vidadi Mürsəlov mayın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Vidadi Mürsəlovun cənazəsinin iyunun 2-də vətənə gətirilməsi nəzərdə tutulur.

 

Mərhumun ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir