Modern.az

Qazaxıstandakı parlament seçkilərində yenə Nazarbayevin partiyası qalib gəlib

Qazaxıstandakı parlament seçkilərində yenə Nazarbayevin partiyası qalib gəlib

Dünya

16 Yanvar 2012, 00:29

Bazar günü Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə seçkilər keçirlib. Modern.az qazax mətbuatına istinadən bildirir ki, seçki siyahılarına 9 milyon 200 min seçicinin adı daxil edilib.

Seçkilərdə 7 siyasi partiyadan 335 namizəd 98 deputat mandatı uğrunda mübarizə aparıb. Çoxpartiyalı parlamentin yaradılmasında iştirak uğrunda “Nur Otan” Xalq Demokratik Partiyası, Qazaxıstan Vətənpərvərlər Partiyası, “Ak jol” Demokratik Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Kommunist Xalq Partiyası, “Ayıl” Sosial-Demokrat Partiyası, “Ədalət” Demokratik Partiyası yarışıb.

Qazaxıstanın seçki qanununa əsasən, seçkinin baş tutmuş sayılması üçün aşağı hədd müəyyən olunmayıb. Parlamentdə yer qazanmaq üçün partiyalar 7 faizlik həddi keçməlidirlər.
Son məlumatlara görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi «Nur Otan» Xalq Demokratik Partiyası, “Ak jol” Demokratik Partiyası və Qazaxıstan Kommunist Xalq Partiyası  səsvermədə daha çox səs toplayıb.
Rəsmi nəticələr tezliklə elan olunacaq.

Qeyd edək ki, 2007-ci il parlament seçkilərində prezident Nursultan Nazarbayevin hakim "Nur Otan" partiyası parlamentdə yerlərin 90%-ni qazanmışdı.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu