Modern.az

İmamverdi İsmayılov: “Polis AvroLiqanın final oyunu günlərində peşəkarlıq nümayiş etdirdi”

İmamverdi İsmayılov: “Polis AvroLiqanın final oyunu günlərində peşəkarlıq nümayiş etdirdi”

Parlament

31 May 2019, 11:31

“Mayın 29-da bütün dünyanın Bakı Olimpiya Stadionundan izlədiyi  "Çelsi” və "Arsenal” klubları arasında UEFA Avropa Liqasının final oyunu əsl futbol bayramı idi. Son illər bir çox mötəbər turnirlərə evsahibliyi edən Azərbaycan bir daha dünyaya mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirdi”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunundan danışarkən deyib.


Deputat bildirib ki, Azərbaycan AvroLiqanın final oyununu tələb olunan səviyyədə keçirməklə bir daha sübut etdi ki, gələcəkdə hər hansı beynəlxalq idman tədbirini, o cümlədən 2020-ci ildə Avropa futbol çempionatının dörd matçını da yüksək səviyyədə təşkil etmək bacarığına və gücünə malikdir.


İmamverdi İsmayılov final oyununun qəzasız-bəlasız, heç bir problem olmadan keçirilməsində Azərbaycanın daxili işlər orqanlarının üzərinə də böyük yük düşdüyünü və polisin bunun öhdəsindən layiqincə gəldiyini vurğulayıb:


“Finala baxmaq üçün ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin, eləcə də yerli azarkeşlərin təhlükəsizliyinin təmini, Dənizkənarı Milli Parkda, "Sahil” bağında və "Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin qorunması polis əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirildi”.


Deputat final ərəfəsində anti-Azərbaycançı qüvvələrin təxribat cəhdlərinə və polisin təmkinli davranışına da toxunub:

“Bu mötəbər yarış ərəfəsində antiazərbaycançı qüvvələr yenidən baş qaldırmış, qarayaxma və böhtan kampaniyasını işə salmışdılar. Əvvəlcə Azərbaycanda əcnəbilər üçün hansısa təhlükənin mövcudluğu kimi bəhanə uyduruldu, sonra isə erməni kartı ortaya atıldı. "Arsenal”ın oyunçusu Henrix Mxitaryan və onun havadarları idmanı siyasiləşdirməyə başladılar. Azərbaycan hökumətinin hər kəsin təhlükəsizliyinə dəfələrlə təminat verməsinə baxmayaraq, bədxahlar əməllərindən əl çəkmək istəmirdilər. Amma onların məntiqsiz bəyanatları, təxribat cəhdləri boşa çıxdı.
“Arsenal”ın erməni əsilli oyunçusu Mxitaryanın soyadı yazılmış idman köynəklərini geyinib Bakıda gəzən azarkeşlərin təxribat cəhdləri də Azərbaycan polis tərəfindən peşəkar davranışla yola verildi.
Həmin təxribatçıların polisi hansısa bir hadisəyə cəlb edib, bundan videokadrlar çəkərək  bütün dünyaya yaymaq istəyi hiss olunurdu. Amma alınmadı. Bu kimi həssas məsələlərdə polisin təmkinli davranışını xüsusilə qeyd etmək lazımdır”.

İmamverdi İsmayılov deyib ki, Azərbaycan polisi hər zaman ölkəmizdə stabilliyin qorunması üçün yüksək peşəkarlıq, davranış nümayiş etdirir, Avropa Liqasının final oyunu zamanı da buna bir daha şahidlik etdik:

“Bir daha bütün dünya Azərbaycanın necə stabil ölkə olduğunu görmüş oldu. Polisin dövlətçiliyimizin qorunmasında göstərdiyi şücaət təqdirəlayiqdir. 
Daxili işlər orqanları hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün bütün qabaqlayıcı tədbirləri görmüşdü.
Respublika ərazisindəki strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilərin, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilmişdi ki, bu da vacib addımlar idi.
Bütün bu işlərin təhlükəsizliyi üçün xidmətə cəlb edilmiş polis əməkdaşları onlara olan etimadı tam doğruldular. Buna görə, başda cənab nazir Ramil Usubov olmaqla daxili orqanlarının bütün əməkdaşlarına təşəkkür edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir