Modern.az

Bəşarət Məmmədov: “Oxucunu pozitiv məlumatlarla da təəccübləndirə bilərik”

Bəşarət Məmmədov: “Oxucunu pozitiv məlumatlarla da təəccübləndirə bilərik”

Aktual

31 May 2019, 12:34

"Jurnalistlərin verdiyi informasiyanın mənbəyi etibarlı və dəqiq olmalıdır. Bəzən çox da oxunmayan xəbər saytı verdiyi informasiyaya görə ciddi mediaya təsir edir. Dəqiqləşdirilməyən yayılan məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Təhsil Nazirliyinin təçkilatçılığı ilə keçirilən təlimdə çıxışı zamanı bildirib.

O deyib ki, mətbuatda bəzən şagirdlərin yaşı ilə bağlı çaşdırıcı məlumatlar verilir:

 

“Məsələn 2003-cü il təvəllüdlü yeniyetmə ilə bağlı onun 11-ci sinif şagirdi olduğu və hansısa bir hadisə olduğunu yazırlar. Araşdırıb baxdıqda həmin sagirdin adının sistemdə olmadığı və yaxud da 9-cu sinifdən çıxdığı məlum olur.

 

Bütün bunlar cəmiyyətdə çaşqınlıqlar yaradıq.  Bundan başqa bəzən media eyni məsələyə fərqli yanaşmalarla çıxış edir. Mən düşünürəm ki, biz neqativ məlumatlarla yox pozitiv məlumatlarla oxucunu təəccübləndirə bilərik".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir