Modern.az

Özəl universitetlərdə qəbul planı ARTIB

Özəl universitetlərdə qəbul planı ARTIB

Aktual

31 May 2019, 12:59

"Bu il qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 66,1 faiz, yəni 8150 yer artıb".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə çıxışında deyib.

 

O bilidirib ki, 2017-2018-ci il bu yerlərin sayı 12 324 idisə, yeni planda, 2019-2020-ci tədris ilində bu rəqəm 20 474 yer təşkil edir.  

 

“Bu da o deməkdir ki, ötən il qəbulun 50 faizi dövlət sifarişli yerlər olub. 5 il bundan əvvəl 9 nəfər 700 bal toplamışdısa, 2018-2019-cu ildə 29 nəfər maksimal balı toplaya bilib.

 

Həmçinin 5 il əvvəllə müqayisədə 2018-ci ildə 600-dən çox bal toplayanların sayı 23 faizdən 83 faizə qalxıb. Özəl universitetlərdə də qəbul planı 40 faizdən 60 faizə qədər artıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir