Modern.az

Deputat etiraz etdi, vitse-spiker cavab verdi

Deputat etiraz etdi, vitse-spiker cavab verdi

31 May 2019, 13:54

“Keçən il tikintiyə büdcədən 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

O deyib ki, təhsilə, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir:

 

“Belə büdcəni necə sosial büdcə adlanlırmaq olar?”-deyə Q.Həsənquliyev söyləyib.

Milli Məclis sədrinin müavini Bahar Muradova həssas qruplar üçün binalar tikildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını xatırladıb:

 

“Yalnız tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır, əməkhaqqı alırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir