Modern.az

İsrail İranın nüvə alimini öldürdüyünü etiraf edib

İsrail İranın nüvə alimini öldürdüyünü etiraf edib

Dünya

16 Yanvar 2012, 12:24

Amerikada dərc olunan nüfuzlu “Taym” jurnalı ötən həftə İranda öldürülmüş nüvə alimi Əhməd Rövşənin İsrail xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü açıqlayıb. Modern.az İranın “Keyhan” qəzetinə istinadən bildirir ki, bu barədə jurnala müshibəsində İsrailin kəşfiyyat xidmətinin yüksək vəzifəli hərbçisi etiraf edib. Adının çəkilməsini istəməyən həmin vəzifəli şəxs vurğulayıb ki, bu plan uğurla həyata keçirilib.
“Mən bu iranlı alimin öldürülməsindən təəssüf hissi keçirmirəm”-deyə hərbiçi qeyd edib.

“Taym” jurnalı bildirib ki, “Mossad”in gerçəkləşdirdiyi bu sui-qəsd iki ay əvvəl həyata keçirdiyi metod əsasında aparılıb. Bu o deməkdir ki, alim  İsraildə təlim keçən iranlı casusların əli ilə terrora məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi