Modern.az

Ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəqədər təhsilə cəlb olunub

Ötən il 5 yaşlı uşaqların 75 faizi məktəbəqədər təhsilə cəlb olunub

Aktual

31 May 2019, 15:50

“Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında 2020-ci ilədək uşaqların məktəbəqədər hazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb".

Modern.az xəbər verir ki, bunu media nümayəndələri üçün təlimdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, 5 yaşı tamam olan uşaqların 2016-2017-ci dərs ilində 55 faizi, 2017-2018-ci dərs ilində 65 faizi, 2018-2019-cu dərs ilində 75 faizi məktəbəqədər hazırlıq təhsilinə cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir