Arxiv
31 May 2019, 23:38 | DİASPOR
ABŞ-da peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlı

Ulu babası Hacı Məhəmməd Rəcəb Bakının Qala kənd məscidinin axundu idi. Dövrünün sayılıb seçilən üləmalarından biri kimi tanınırdı. Kərbəla ziyarəti zamanı vəfat etdiyi üçün orada dəfn olunub. Atası Rafiq Səlimov uzun illər dövlət qulluğunda çalışıb, hazırda təqaüddədir. 
Anası İradə xanım isə 2016-cı ildə 58 yaşında olarkən dünyasını dəyişib. Rəhmətlik İradə xanım Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor Mirmahmud Kazımovskinin nəvəsi olub...
Ömür-gün yoldaşı ixtisasca iqtisadçıdır, Hyustonda şəxsi bizneslə məşğul olur. İki övladı vardır. Oğlu Riad 13, qızı Ceyla İradə isə 11 yaşındadırlar…

Haqqında söhbət açdığım Zeynəb xanım Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakultəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. Həmçinin turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib. 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Sonra iki il “Flydubai Airlines” hava yolları şirkətində çalışıb. 2015-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır. 2017-2019-cu illərdə burada kollecdə oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnib…

Deyir ki,- “On yaşımdan bədii yaradıcılıqla məşğul oluram. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. İlk şeirlər kitabım, “Все чувства выплеснуть позвольте” 2001-ci ildə, ikinci kitabım “Я хочу, чтобы длился день” isə 2005-ci ildə Bakıda işıq üzü görüb. Amerikaya gələndən sonra iki romanım həm ABŞ-da və həm də Rusiyada nəşr olunub”…

Onun 2017-ci ildə Amerikada işıq üzü görən “The Garnet Bunches” və 2018-ci ildə ərsəyə gələn “Up to Miracles: A Stone’s Throw from a Fairy Tale” kitabları ABŞ-ın bir sıra mötəbər sərgilərində nümayiş etdirilib. 2018-ci ildə “The Garnet Bunches” kitabına görə “Pacific Book Review” təşkilatı tərəfindən “Peşəkar Star” mükafatına layiq görülüb. 
Rusiyada nəşr olunan “Гроздья Граната”, eləcə də “Прямо в чудеса. В двух шагах от сказки” kitabları isə ona bu ölkədə nüfuz gətirib. Və “Bladimir Mayakovski-125” medalı ilə təltif olunub. Bu ilin sentyabr ayında Hyustonda “Гроздья Граната” və “The Garnet Bunches” kitablarının təqdimat mərasimi keçiriləcək...

Hyustonda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin demək olar ki, əksər tədbirlərində fəal iştirak edir. Yoqayla məşğul olmağı, velosiped sürməyi xoşlayır. Klassik ingilis ədəbiyyatını mütaliə etməkdən yorulmur.

Deyir ki,- “Mənim ən böyük amalım, övladlarımı əsl azərbaycanlı kimi böyütməkdir. İstəyirəm ki, onlar həm Amerika cəmiyyətinə qaynayıb qarışa bilsinlər və həm də milli kimliklərini unutmasınlar”...

Mehriban, mədəni, dərin zəkalı, yüksək intelektli bu yaradıcı xanımın böyük uğurları hələ irəlidədir. İnanırıq ki, Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkədə dünya standartlarına uyğun gözəl əsərləri ilə Azərbaycanımıza başucalığı gətirəcəkdir. Axı onun əsərlərində Azərbaycan mədəniyyətinin çalarları açıq-aşkar hiss olunur...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu 28 May 2020, 10:55 Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 28 May 2020, 10:51 Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib 28 May 2020, 10:45 Las Veqas, Honolulu və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib 28 May 2020, 10:37 Ağdaşda bir tondan çox narkotik məhv edildi  28 May 2020, 10:28 Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı 28 May 2020, 10:16 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yeni korpusu açıldı - FOTOLAR 28 May 2020, 10:08 Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ 28 May 2020, 09:59 Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı... 28 May 2020, 09:46 28 may Respublika günüdür! 28 May 2020, 09:32 Atəşkəs 23 dəfə pozulub 28 May 2020, 09:23 Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti 28 May 2020, 09:12 ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq 28 May 2020, 09:09 Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT 28 May 2020, 09:06 Fransada silahlı şəxs 3 nəfəri öldürdü 28 May 2020, 08:57 Hollandiyanın Bakıdakı səfiri: “Azərbaycan islahatları davam etdirməlidir” - MÜSAHİBƏ 28 May 2020, 08:46 Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57