Modern.az

Məşhur yazıçı Çingiz Hüseynovdan mübahisəli ÇIXIŞ

Məşhur yazıçı Çingiz Hüseynovdan mübahisəli ÇIXIŞ

Ədəbi̇yyat

1 İyun 2019, 16:31

Çingiz Hüseynov


Əlçatmaz, fantastik arzu olsa da - deməliyəm: sözə-ədəbiyyata bağlı ideal azərbaycanlı beş dil bilməlidir: təbii ki, Azərbaycan, fars (dahilər dahisi Nizamini orijinalda oxumaq üçün: orijinal xalçadırsa, tərcümə onun astarıdır), ərəb (dinini-Qurani dərk etmək üçün!), inqilis və bir də... rus! 

Vaxtilə, Sovetlər dağılanda rus dilini müstəmləkə dili bilib onu rədd etdik və indi rus dilini bilməyən 20-30 yaşlı nəsil yetişib, - mənim müraciətim onların yuxarıda qeyd etdiyim bir hissəsinə aiddir. 

Son üç əsrdə rus dilinin sürətli inkişafinda onu yaradan etnik ruslarla yanaşı, digər millətlərin nümayəndələri də fəal iştirak etmiş və etməkdədir: ukraynalılar (dahi Qoqol!), türklər (Aytmatov, Süleymenov, biz də az-çox bu sırada varıq, tanınmışıq!), yəhudilər (Pasternak, Mandelştam, Brodski... – siyahı çox-cox uzundur!), digər millətlərdən olanlar (Bulat Okucava, Fazil İskəndər, Timur Zülfiqarov, Rıtxeu və s.). 

Yəni rus sözü-dili etnik ruslarla bərabər о biri millətlərin də (ingilis dili kimi!) doğmaca malıdır, düşüncə-danışıq-yazı vasitəsidir.

Onu da deyim ki, rusdilli yazılarin ruh – söz – fikir – hiss – ifadə zənginliyi, həqiqətpərəstliyi heç də SSRİ-Rusiyanın və digər yeni ölkələrin mahiyyətinə-istəyinə bağlı deyil, onun əksinədir: bu rusdilli yazılar bəzən despotik dövlət və nadan-satqın-ikiüzlü cəmiyyət tərəfindən rədd edilə-edilə, qovula-qovula, yasaqlana-yasaqlana inkişaf etmişdir!.. 

Bu kimi rusdilli yazılar təkcə rus ədəbiyyatına deyil, digər milli ədəbiyyatlara da – o cümlədən Azərbaycan ədəbiyyatına – daxildir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir