Modern.az

AzTV-də vəzifə tutan Sərvər Bayramov kimdir?

AzTV-də vəzifə tutan Sərvər Bayramov kimdir?

2 İyun 2019, 10:48
Bildiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsini icra edən Rövşən Məmmədov növbəti kadr islahatını həyata keçirib.
 
Bunlar arasında İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib. Ona AzTv-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsini icrası tapşrırılıb. Azərbaycan Televizyasında belə bir strateji vəzifəyə təyinat alan Sərvər Bayramov kimdir?
 
Modern.az-ın Lent.az -a istinadən verdiyi məlumata görə, Sərvər Umud oğlu Bayramov 1979-cu il avqustun 1-də Beyləqan rayonu Eyvazalılar kəndində anadan olub. Orta məktəbi həmin kənddə fərqlənmə ilə bitirən S.Bayramov 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil olub. 2001-ci ildə bakalavr, 2003-cü ildə həmin fakültədə magistratura pillələrini fərqlənmə ilə bitirib. Elmi işini görkəmli Azərbaycan şairi, romantizmin banisi Məhəmməd Hadinin yaradıcılığı mövzusunda davam etdirib. S.Bayramov 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması ilə ilk kollektivdə yer alıb, yeni televiziyanın qurulmasında yaxından iştirak edib. Əvvəlcə İctimai radioda vəzifə tutan S.Bayramov daha sonra televiziyanın Kino və dublyaj depratamentində böyük redaktor vəzifəsində çalışıb.
 
Bir çox filmlərin çəkilişində direktor, prodüsser kimi iştrak edib. Sərvər Bayramov eyni zamanda, İctimai TV-də “Fədailər” adı altında 20-ə yaxın silsilə bədii-sənədli filmin ssenari müəllifidir. Filmlər 1920-ci il Gəncə üsyanı, həmçinin, Əhməd bəy Pepinov, Həsən bəy Ağayev, Səməd bəy Mehmandarov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və digər Azərbaycan ziyalıları, maarifpərvərlər və ictimai-siyasi xadimlərdən bəhs edir. O, 2010-cu ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində Xəbərlər informasiya və analitik proqramlar departamentində fəaliyyətini davam etdirib. 2014-16-cı illərdə həmin departamentin baş redaktoru kimi çalışıb. Müxtəlif vaxtlarda Türkiyənin TRT, euronews və s. beynəlxalq tv-lərdə kurslar keçib, sertfikartlara layiq görülüb. S.Bayramov 2016-cı ildən son təyinata qədər "Azərbaycan Televizya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) dəvət alaraq televziyanın İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsdini daşıyıb.
 
Ailəlidir. İki övladı var.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?