Arxiv
3 İyun 2019, 12:01 | PARLAMENT
Deputat döyülən vəkildən DANIŞDI: “Tələskənliyə yol verilib”

Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edildiyi xəbəri yayılıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələyə münasibət bildirərək, “istənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək” deyib.

Daxili İşlər Nazirliyi isə iddiaları rədd edərək, məlumatın qərəz, həqiqətdən uzaq olduğunu vurğulayıb.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a bildirib ki, Azərbaycan polisinin hansısa əməkdaşının belə hərəkətə yol verməsinə inanmır:

“Çünki cənab nazir bu cür hallara qarşı çox kəskin qərarlar qəbul edir. Hər il xeyli sayda polis əməkdaşı insan hüquqlarını pozduğuna, vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdikləri qüsurlara görə orqandan xaric olunur. Ona görə də polis tərəfindən hansısa zorakılığın olması inandırıcı deyil. Mən hüquqşünasam, ona görə də istəmirəm mətbuatda gedən məlumatların həqiqliyi və dəqiqliyi bilinmədən məsələyə qiymət verilsin. Əgər Daxili İşlər Nazirliyi açıq şəkildə məsələyə münasibət bildiribsə, ona inanmaq lazımdır. Çox təəssüflər olsun ki, bəzi vəkillərimiz müəyyən adamların hüquqlarını qoruyarkən qeyri-prosessual hərəkətlərə yol verirlər. Bəzən məsələdə müsbət nəticə əldə etmək üçün qanunazidd addımlar ataraq, ictimai rəyə təsir etməklə məsələni şişirdir və öz məqsədlərinə uyğun şəkildə istifadə edirlər”.

 

Hüquqşünas deputat bildirib ki, bu cür halla qarşılaşan vəkil dərhal hüquq-mühafizə orqanlarına müraciət etməli idi:

“Mənim üçün məlumatın mətbuata sızması qaranlıqdır. Əgər vəkilə qarşı belə hərəkət olubsa, o, rəsmi qaydada hüquq-mühafizə orqanlarına müarciət etməli idi. Belə hesab edirəm ki, biz 5-10 il əvvəl aparılmış çoxsaylı maarifləndirmə işləri, cənab nazirin nümunəvi polisin olması üçün gördüyü addımları göz önünə gətirməliyik. Eyni zamanda, nəzərə almalıyıq ki, Anar Bağırov tamamilə fəaliyyətsiz, varlığı ilə yoxluğu bilinməyən bir qurumun itmiş nüfuzunu özünə qaytarmaqla onu nümunəvi Vəkillər Kollegiyasına çevirir.

Mən hesab edirəm ki, qanundankənar, hansısa təzyiq yolları ilə müəyyən məsələlərə müdaxilə etməyə çalışan vəkillər dərhal Kollegiyadan uzaqlaşdırılmalıdır. Bu baxımdan vəkillərin özlərinin maariflənməsi üçün treninqlərin keçirilməsinə ehtiyac var. Bu məsələdə hələlik bir qurumun-Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına inanmalıyıq. Əgər hansısa hüquq pozuntusu baş veribsə, bununla bağlı prokurorluq oranlarına da müraciət edilə bilər. Ümumiyyətlə, məsələnin mətbuatda müzakirəyə çevrilməsində hansısa maraqlı şəxslərin olmasını hiss edirəm. Bu isə qəti surətdə yolverilməzdir”.

 

Parlamentari Vəkillər Kollegiyasının sədri başda olmaqla, əksər vəkillərin Orxan Kəngərlinin müdafiə etməsinə gəlincə, məsələdə Anar Bağırovu günahlandırmadığını vurğulayıb:

“Anar Bağırov həm Vəkillər Kollegiyasının nüfuzunun qaldırılması üçün, həm də haqlı olaraq öz əməkdaşlarının hüquqlarının qorunması üçün çalışır. Amma hesab edirəm ki, Vəkillər Kollegiyası bu məsələdə tələskənliyə yol verib. Hansısa şəxsin fərdi müraciət etməsilə, ona dərhal, həm də bu cür reaksiya verilməsi yolverilməzdir. Hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunsaydı, iş nəzarətə götürüləcəkdi. Yoxlamanın, araşdırmanın sonunda faktlar sübut olunsaydı, gənc vəkilin müdafiəsinə qalxmaq olardı. Biz hələ nə baş verdiyini bilmirik, yəqin ki, görüntülər var. Mən bir adamın dediyini rəhbər tutaraq, Daxili İşlər Nazirliyinin fəaliyyətinin şübhə altına alınmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, Vəkillər Kollegiyası da bu məsələdə obyektivlik üçün araşdırmanın nəticələrini gözləməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06