Modern.az

Surət Hüseynov Ermənistanın hücumuna şərait yaratdı - Pənah Hüseyn

Surət Hüseynov Ermənistanın hücumuna şərait yaratdı - Pənah Hüseyn

Aktual

4 İyun 2019, 13:09

1993-cü ildə baş vermiş “4 iyun qiyamı”ndan 26 ili ötür. Üstündən 26 il keçsə də o hadisələr  hələ müzakirə mövsuzudur.

 

Həmin dövrdə Baş nazir olmuş Pənah Hüseyn deyib ki, bu qiyam Azərbaycan dövlətçiliyinə qarşı bir qəsd idi:

“Qiyam xarici və daxili qüvvələrin birgə səyi, işbirliyi şəraitində hazırlanmışdı. Azərbaycanın qanuni prezidentinə qarşı hərbi qiyam idi və sonradan da siyasi qiyam mərhələsinə qədəm qoydu. Nəticədə qanuni prezidentin vəzifələrini yerinə yetirməsinin mümkünsüzlüyü şəraiti yaradıldı və bu da ölkədə böhrana səbəb oldu”.

 

Eks-baş nazir deyib ki, bu qiyam Ermənistanın geniş ərazilərimizə hücumuna şərait yaratdı.


“Bu da Azərbaycan tarixinin çox ciddi, ağır səhifələrindən biridir. Bu qiyamı böyütməkdə xarici qüvvələrlə iş birliyində olanların bir məqsədi var idi, dövləti çökdürmək. Bu hadisələr göstərdi ki, dövlətin maraqlarına, Konstitusiyaya zidd olan hansısa bir hərəkət və addım ölkənin, xalqın təhülkəsizliyi üçün heç bir halda müsbət nəticə vermədi”.

 

Pənah Hüseyn bildirib ki, belə addımların, əməllərin qarşısı qanunun bütün gücündən istifadə olunmaqla alınmalı idi:

“Bu işdə cinayət məsuliyyəti olan şəxlər cəzalandırılmalı, mənəvi, siyasi məsuliyyəti olan şəxlərə də müvafiq qiymət verilməlidir. Bir daha həmin dövrdə Azərbaycan dövlətinin maraq və mənafeləri uğrunda həlak olmuş insanların şərəfli xatirəsini yad etmək lazımdır. Torpaqlarımızın işğalına, insanımızın həlak olmasına, köçkün olmasana səbəb olmuş həmin hadisənin iştirakçıları və icraçıları da lənətlə xatırlanmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü