Modern.az

Sovet abidəsi partladılan zaman ana-bala həlak olub

Sovet abidəsi partladılan zaman ana-bala həlak olub

20 Dekabr 2009, 15:28

Sovet abidəsi partladılan zaman ana-bala həlak olub

 

 

Gürcüstanda 2-ci dünya müharibəsinin şərəfinə qoyulan abidənin dağıdılması nəticəsində faciə baş verib. Modern.az-ın Gürcüstan mətbuatna istinadən yaydığı məlumata görə, “Şərəf” abidəsi partladılarkən   ana-bala -  qadın və onun 8 yaşlı qızı Nina Cincaradze  həlak olub. Məlumata görə, abidə yeni parlament binasının tikilməsi üçün özəl şirkət tərəfindən partladılıb. İlkin məlumata görə, faciənin baş verməsinə səbəb  şirkət tərəfindən təhlüksizlik tədbirlərinə əməl olunmamasıdır.

 

Gürcüstanın baş prokuroru Murtaz Zodelava da hadisənin  təhlükəsizlik qaydalarına əməl olunmamasından baş verdiyini deyib. Faktla bağlı cinayət işi qaldırılıb.

 

 

Memorial sovet dövründə Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılıb. Abidənin partladılmasına ölkə müxalfəti və veterenlar kəskin münasibət bildirib. Onlar bu aktı vəhşilik  adlandırıblar. 

 

 

Ən son məlumata görə,  hadisə zamanı  Danimarkada səfərdə olan prezident  Mixail Saakaşvili təcili ölkəyə qayıdıb və Təhlükəsizlik Şurasının  toplantısını keçirib. Prezident ilk növbədə Kutaisidə baş vermiş faciə ilə əlaqadar İmereti regionu  qubernatoru Mixail Çoqavadzeni vəzifəsindən azad edib.   Dövlət başçısı hadisənin baş vermə səbəblərinin araşdırılması və günahkarların cəzalandırlması barədə tapşırıq verib.

 

 

Baş vermiş hadisə ilə bağlı bu gün 10 nəfər həbs olunub. Ölkənin müxalifət qüvvələri isə Kutaisidə abidənin dağıdıldığı ərazidə  hökumət əleyhinə aksiya keçiriblər. Onlar region əhalisini sabah keçiriləcək geniş miqyaslı etiraz aksiyasına çağırblar. Müxalifət təhlükəsizlik tədbirlərinə əməl etməli olan DİN  rəhbərlərinin  məsuliyyətə cəlb olunmasını tələb ediblər.          

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir