Arxiv
9 İyun 2019, 00:28 | MÜSAHİBƏ
Çernobıl faciəsi Azərbaycanı bu təhlükədən xilas etdi – Azərbaycanlı jurnalistin Çernobılda gördükləri

Ekranlara çıxdıqdan sonra qısa müddətdə reytinq rekordalarını alt – üst edən “Çernobıl” mini – serialı diqqətləri yenidən bəşəriyyət tarixinin bu ən dəhşətli  texnogen qəzasına yönəltdi.  ABŞ və Böyük Britaniyanın birgə  istehsalı olan mini – serial qəzanın başlanma anından günahkarların cəzalandırılmasına qədər bütün prosesi bədii-sənədli  təhkiyə yolu ilə peşəkarcasına izləyicilərə çatdırır.  Mən deyərdim ki, bu filmə qədər bəlkə də dünya Çernobıl dəhşətinin miqyasınn bu qədər böyük olduğundan xəbərsiz  idi. Bu mini-serial  Avropa qitəsinin necə bir faciənin  eşiyindən döndüyünü ortaya qoydu. Bir daha xatırladaq ki, 1986-cı il aprelin 26-da  Ukrayna paytaxtı Kiyevin  200 kilometrliyində yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş partlayış nəticəsində Xirosima bombardmanından  400 dəfə artıq radioaktiv şüalanma baş verib ki, bu da rəsmi rəqəmlərə görə 31 min, qeyri–rəsmi rəqəmlərə görə isə 300 min insanın ölümünə yol açıb. Qərbi Avropa, Ukrayna və Belarusun bir hissəsi də daxil olmaqla  200 min kvadratkilometrlik ərazi radioaktiv çirklənmə ərazisi elan olunub, 2,5 milyon insan radiasiyaya məruz qalıb. Qəzanın nəticələrinin aradan qaldırılmasında 600 min insan, o cümlədən  7 min azərbaycanlı iştirak edib. Çernobılla bağlı çoxlu əsərlər yazılıb, sənədli filmlər çəkiib. Azərbaycanda bu hadisə ilə bağlı lentə alınmış yeganə sənədli  filmi ANS-in əməkdaşları - Zənurə Talıbova və operator Hikmət Əsgərov lentə alıb.  Həmkarım, hazırda  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri vəzifəsində çalışan  Zənurə Talıbova 13 il əvvəl Çernobılda gördüklərini Modern.az-a danışıb.

 

- Zənurə Çernobıla getmək ideyası sənin özünə məxsus  idi, yoxsa telekanal rəhbərliyinin tapşırığıydı? Necə oldu ki, belə bir  film ərsəyə gəldi?

 

- 2005-ci idə mən Gürcüstanda magistraturada oxuyurdum.  Həmin vaxt Gürcüstan telekanallarından birində bir film gördüm. Təbii ki, həmin film gürcü dilində olduğundan mən söhbətin nədən getdiyini anlamırdım.  Amma tez-tez Çernobıl sözünü eşidir, dəhşətli kadrları görürdüm. Mutasiyaya uğramış heyvanlar, şikəst doğulmuş uşaqlar, üzlərindən təşviş tökülən insanların şəhərdən təxliyəsi və s.   O vaxta qədər mənim Çernobılla bağlı məlumatım çox səthi idi. Amma  izlədiyim görüntülər mənim yaddaşımdan silinmədi.  Azərbaycana qayıtdıqdan sonra yenə təsadüfən haradasa həmin  kadrlara rast gəldim və araşdırmağa başladım.   Artıq  2006-cı il idi, Çernobıl faciəsindən 20 il ötürdü. Mən kiçik bir təqdimat hazırladım və ANS-in rəhbərlərindən biri Seyfulla Mustafayevə müraciət etdim, bu hadisə ilə bağlı sənədli film çəkmək istədiyimi söylədim. Seyfulla müəllimi özün tanıyırsan, çox isti qarşıladı və  filmin yaradılması ilə bağlı konkret layihə hazırlamağımı tapşırdı. Mən də qollarımı çırmayıb işə başladım.

 

 

- Çəkiliş üçün icazənin alınması çətinmi oldu? Bunun üçün nə kimi prosedurları keçməli oldunuz?

 

- Həmin vaxt biz birbaşa Ukraynaya gedib orada icazə ala bilməzdik. Bu əvvəlcədən hazırlanmalı olan bir məsələ idi. Ona gorə  çəkilişlərdən bir neçə ay əvvəl Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edərək onlardan  kömək istədik.  Həmin vaxt orada səfirimiz Tələt Əliyev idi.  Faksla müəyyən sənədləri Kiyevə göndərdik, məyyən prosedurları həyata keçirdik.  Müəyyən qədər  ödəniş məsələləri də vardı. Səfirlik bu məsələlərdə bizə çox böyük köməklik göstərdi. Səfirliyin köməyi ilə icazəni almağa müvəffəq olduq və Kiyev şəhərinə yola düşdük. Kiyevdə yenə bir müddət qaldıq. Burada film üçün ümumi hazırlıq işləri gördk. Müəyyən msahibələr götürdük.   Orada  azərbaycanlı bir ailəni də lentə ala bildik. Ailənin başçısı Çernobılda  qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmişdi,  daha sonra ailə qurmuşdu. Onun övladı şikəst doğulmuşdu. Kiyevdə Çernobıl qəzası baş verəndə ölkənin  daxili işlər naziri olmuş İvan Qladuş, digər  hadisə şahidləri, Çernobıl əlilləri ilə ilkin müsahibələrimizi  başa çatdırdıq. Hadisə bölgəsinə  gedib-gəlmək üçün isə cəmi bir günümüz vardı. Yəqin ki, sən də bilirsən, ora xüsusi icazə sənədi ilə,  xüsusi nəzarətlə gedirsən, xüsusi nəzarətlə də qayıdırsan. Ona görə Kiyevdə hazırlıq işlərimizi elə görmüşdük ki, Çernobılda bir gün ərzində bütün işlərimizi başa çatdıra bilək. Kiyevdə işlərimizi başa çatdırandan sonra səhər tezdən Çernobıl şəhərinə yola düşdük.

 

- Sizin çəkilişlər aparmaq limitiniz haraya qədər idi? Dəhşətli hadisənin episentri – 4-cü blokda ola bildinizmi? Stansiyanın binasında o dəhşətli günü xatırladan nələrsə qalmışdımı?

 

- Çəkilişlərimiz üçün konkret limit qoyulmamışdı. Dördüncü blokun müəyyən bir hissəsinə giriş mövcud idi. Amma tam partlayışın baş verdiyi əraziyə yaxınlaşmaq mümkün deyildi. Nəzarətçi xanım da bizə izah etdi ki, ora sarkofaqlarla bir neçə qat örtülüb, giriş imkansızdır.  4-cü blokun içərisində olduq, orada həmin gün nəzarətçi olmuş şəxsdən müsahibə də aldıq. O filmə baxsanız görərsiniz, o,  stansiya ərazisində  radiasiya səviyyəsinin normadan nə qədər yüksək olduğunu göstərir. Biz orada olanda vəziyyət hələ də gərgin idi. Çünki,  4-cü blokun qoruyucu sarkofaqının istifadə müddəti başa çatmışdı. Orada alimlər bir otağı toplaşıb müzakirələr aparırdılar. Tez-tez Ukrayna rəhbərliyi, beynəlxalq qurumlarla əlaqə saxlayır, radisaiya səviyyəsinin yüksək olması ilə bağlı xəbərdarlıqlar göndərirdilər.   Stansiyanın ərazisində o dəhşətli  gündən çox  şey vardı. Gördymüz, icazə verilən hər şeyi lentə aldıq. Onu da deyim ki, Çernobıl faciəsi bizi də qorxunc bir təhlükədən xilas etdi.  Mən filmdə də qeyd etmişəm, Sovet illərində Azərbaycanda da atom elektrik stansiyasının tikintisi ilə bağlı işlər başlanılmışdı və hətta stansiyanın təməli də qoyulmuşdu. Amma Çernobıl AES-də baş verən qəzadan sonra stansiyanın tikintisi dayandırılıb.

 

 

- Çernobıl AES-in binasına daxil olarkən xüsusi qoruyucu paltar geyindinizmi, yoxsa normal geyimdəmi daxil oldunuz?

 

- İçəri daxil olanda təbii ki, biz də qoruyucu paltar geyinmişdik. Təəssüf ki, o anları lentə ala bilmədik. Qalan çəkilişlər isə normal geyimdə aparılırdı.

 

- Qəza baş verən  günlərdə Pripyat xəstəxanası da dramatik hadisələrin mərkəzində idi. Bu xəstəxanada oldunuzmu? Deyilənlərə görə həmin gün canı bahasına yanğını söndürməyə çalışan yanğınsöndürənlərin radiasiya yayan paltarları, əşyaları hələ də bu xəstəxananın zirzəmisindədir. Onları lentə ala bildinizmi?

 

 

- Təbii ki, Pripyat xəstəxanasına da baş çəkdik. Orada da çox dəhşətli görüntülər vardı. Eləcə də yaşayış evlərində, uşaq əyləncə mərkəzlərində olduq. İnsanlar əyinlərindəki paltarlardan başqa heç nə götürə bilməmişdilər. Nəzarətçilər deyirdilər ki, hadisədən bir neçə ay sonra Pripyatda kütləvi oğurluq halları baş verib. Qapılar qırılıb, müəyyən əşyalar oğurlanıb. Mənim diqqətimi ən çox çəkən məqamlardan biri də buradakı “avtomobil məzarlığı” oldu. Dəmir radiasiyanı özünə daha çox cəzb etdiyindən Pripyatdakı maşınların çıxarılmasına icazə verilməmişdi və orada bəlkə minlərlə maşın vardı. Amma sonradan onların da təkərləri, müəyyən mexanizmləri oğurlanmışdı.

 

- Pripyat şəhərində başqa nə gördünüz? Hər hansı canlı gözə dəyirdimi?

 

 

- Pripyat çox gözəl şəhər idi. Məndə çox xoş təəssürat oyatmışdı. Biz orada olarkən aprel ayı, adətən yaşıllığın bol olan vaxtı idi. Amma Pripyat şəhərinin bir neçə kilometrliyində və şəhərin özündə qəribə bir bozluq vardı. Doğrudur, ağaclar yarpaqlamışdı. Amma bu yarpaqlar da sanki mutasiyaya uğramışdı, çünki yaşıl deyildi, daha çox boz rəngə çalırdı. Şəhər də bom-boz idi,  nə bir insan, nə bir heyvan gözə dəyirdi. Orada balaca bir çay vardı. Çayda hər hansı canlının olmadığını deyirdilər. Amma quşlar vardı. 

 

- “Çernobıl” serialının son bölümündə müəllif real faktlara əsaslanaraq bildirir ki, ÇAES –in tam təhlkəsiz hala gətirilməsi, stansiya üzərində təhlükəsizlik çəmbərinin qurulması istiqamətində işlər  yalnız 2017 – ci ildə tamamlanıb. Bu isə o demək idi ki, 206-cı ildə, yəni siz  Çernobıla gedəndə bu bölgə hələ də təhlükə saçırdı və bir jurnalist kimi sən də bunu  bilməmiş deyildin. Bəs bunu bildiyin halda getməyə qorxmadınmı?  Sən həm də gələcək Ana idin. Övladlarının gələcəyini də təhlükə altına atdığının fərqindəydinmi?

 

- Etiraf edim ki, qəzadan 20 il keçsə də ora hələ də təhlükəli ərazi sayılırdı. ÇAES-in ətrafında xüsusi qurğular vardı. Stansiyaya  10 kilometr qalmış və ona yaxın radiusda xüsusi işçilər və nəzarətçilər yerləşdirilmişdi.  Onlar xüsusi ölçü cihazları ilə tez-tez radisiyanın səviyyəsini yoxlayırdılar və  şüalanma səviyyəsi hər dəfə qırmızı xətti keçirdi.  13 il əvvəl, yəni hadisədən 20 il sonra da orada radiasiyanın səviyyəsi çox yüksək idi.  Necə olub belə təhlükəli səfərə qərar verməyimə gəldikdə isə, bu  gördüyüm o faktlar, dəhşətdən doğan gənc  bir jurnalistin peşəkar marağı idi.  Yəni jurnalist marağı bütün təhlükələri üstələmişdi.  İndiki vaxt olsaydı bəlkə də bir az tərəddüd edərdim.  Yaxud gedib Çernobıl  şəhərini  görüb, atom elektrik stansiyasının içində olub o təhlükəni qavrayandan sonra əslində hara gəldiyimi bütün çılpaqlığı ilə anladım. Kənardan  jurnalist marağı, hansısa faktı araşdırmaq, tamaşaçıya yeni məlumatlar çatdırmaq marağı üstun gəlir həmişə. Amma təbii ki insan ana olandan sonra (Zənurə Talıbovanın hazırda iki övladı var – A.B) övladlarının gələcəyi, övladları üçün öz gələcəyini daha çox düşünür. Amma həmin vaxt  biz orada olanda da Çernobıl AES-də Qərbdən, Avropa ölkələrindən, Rusiyadan da çoxlu jurnalistlər var idi.

 

- Gəldikdən sonra radioaktiv şüalanmaya məruz qalıb – qalmamanızla bağlı müayinədən keçdinizmi? Nəticələr necə oldu?

 

- Stansiyanın binasından çıxdıqdan sonra bizi xüsusi cihazla yoxladılar. İçəri daxil olanda da yoxlayırdılar, çıxanda da. Çernobıl şəhərini tərk edəndə də o cihazla bizim radiasiyaya məruz qalıb – qalmadığımızı yoxladılar və radioaktiv şalanmaya məruz qalmadığımıza dair sənəd verdilər.  Orada ciddi radiasiyaya məruz qaldığımızı düşünmürəm. Radioaktiv çirkli ərazilərdə qalmaqla bağlı  xüsusi limit müəyyənləşdirilmişdi. Təyin olunmuş saatdan artıq qalırdınsa sən artıq ciddi radiasiyaya məruz qalmış hesab olunurdun və orada fəaliyyət göstərən Çernobıl cəmiyyəti gələcək təhlükəni araşdırmaq üçn səni qeydiyyata alırdı. Bir faktı da deyim, ora gedən hamı dəhşətli başağrısından şikayət edirdi. Şəxsən mən özüm də çəkiliş üçün Çernobıla yola düşəndə hər hansı narahatlığım yox idi. Mən də, operatorum Hikmət Əsgərov, digər bizi müşayət edən iki şəxs də tamamilə normal əhval –ruhiyyədə çıxmışdıq.   Şəhərin daxilində çəkilişlər apardığımız  vaxt isə artıq dəhşətli başağrısı başlamışdı. Hesab etmirəm ki, bu radiasiyanın təsiri idi, sadəcə şəhərin aurası ilə bağlı bir məsələydi. Burada o qədər ağır, neqativ enerji vardı ki...Təsəvvür edin, necə gözəl, insanın rahat yaşaması üçün hər cür şəraiti olan bir şəhərdir, amma bir canlı belə yoxdur. Yaşıllıq yox, ağaclar yox.  Qəribə bir sıxıntı, vahimə gəlir insana. Dönərkən bizi müşayət edən nəzarətçiyə dəhşətli başım ağrıdığını söylədiyimdə, o buraya gələn əksər insanın eyni halı yaşadığını dedi.

 

- Çernobıla yenidən getmək istərdinmi?

 

- Polşa ilə sərhəddə çernobıllılar üçün xüsusi şəhərcik salınıb. Oranı ziyarət etmək, o sakinlərlə görüşməyi çox istəyirəm. Bir marqlı faktı da deyim.  Pripyatın yaxınlığında şəhərkənarı balaca bir qəsəbə var idi. Yaşı 60-dan yuxarı olan insanlar qayıdıb orada yaşamağa başlamışdıar. Onlar Çernobıla yeni həyat vermək,  burada yaşayışı bərpa etmək, insanları geri döndərmək istəyirdilər. Amma bir müddət sonra onlar da niyyətlərinin baş tutmayacağına əmin olurlar, Çernobılda  yaşayışı bərpa etmək mümkün olmur.

 

- Pripyatı çox bəyəndiyini dedin. Sənə radiasiyasız Pripyat ziyarəti arzulayırıq. Müsahibə üçün isə xüsusi təşəkkür.

 

P.S. Aşağıda Zənurə Talıbovanın Çernobıl qəzasından bəhs edən “Qara Zolaq: 20 il sonra” filmini təqdim edirik.

 

Azadə Balayeva

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02 Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54