Modern.az

Azərbaycanda “Qaloş piri”: Qaloşu başlarına sürtüb, şəfa gözləyirlər - VİDEO

Azərbaycanda “Qaloş piri”: Qaloşu başlarına sürtüb, şəfa gözləyirlər - VİDEO

9 İyun 2019, 22:11

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Modern.az xəbər verir ki, Oxu.az-ın əməkdaşı məsələni araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Həmin görüntüləri təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir