Modern.az

50 nəfər bir yerdə intihar etdi

50 nəfər bir yerdə intihar etdi

18 Yanvar 2012, 11:03

Meksikanın şimalında yaşayan yerli sakinlər yemək tapmadıqlarından bu yola əl atıblar

Meksikanın şimalındakı Tarahmura məntəqəsinin yerli sakinləri dəyanətli olmaları ilə tanınırdı. Amma qəbilə bu günlərdə intihar olayı ilə gündəmdədir. Modern.az saytı Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tarahumalılar quraqlıq səbəbindən uşaqlarını doyuramaz hala gəldiklərindən kütləvi şəkildə, 50 nəfər birdən həyatına qəsd edib. Meksikalılar indi bu faciəyə “dur” deməyin yollarını arayırlar.

Meksikanın dağlıq bölgəsində yaşayan Tarahumara yerliləri özlərinə “Raramuri”, yəni “sürətli yeriyənlər” deyirlər. Yüz illərdir hər coğrafiyada ov etməklə fərqləniblər. Ancaq bu dəfə fərqli bir şəkildə gündəmdədirlər. İddialara görə, quraqlıq nəticəsində ortaya çıxan qida problemi intihara sövq edir. Yemək üçün bir şey tapmayan kasıb toplum çarəni intihar etməkdə görür.

Bildirildiyinə görə, qadınlar da olmaqla 50 nəfər məhz bu səbəbdən intihar edib. Onların bəziləri özlərini dərədən aşağı atıb, digərləri özlərini asıblar. Meksikalılar ərzaq göndərməklə bu drama son verməyə çalışırlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır