Modern.az

AzTV-də iki yeni LAYİHƏYƏ start verilir

AzTV-də iki yeni LAYİHƏYƏ start verilir

10 İyun 2019, 15:40

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa “Nəsimi İli” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət  müsabiqəsi başa çatıb.

 

Eyni zamanda yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.

İclasda Şura üzvləri - xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov,  şair Baba Vəziroğlu, əməkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri çıxış edərək son aylar Azərbaycan Televizyasında aparılan islahat və yenilikləri təqdir edib.

 

İctimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini də səsləndiriblər. Təkliflər ədiblərin yaradıcılığından ibarət yeni formatda veriliş, axşam şousu tipli yeni veriliş, canlı verilişlərin, musiqili verilişlərin sayının artırılması, aparıcılar və sair ilə bağlı olub.

 

Fransadan səfərdən dönən Şura üzvü, xalq artisti Fidan Hacıyevə bu ölkədə yaşayan azərbaycanlıların son aylar AzTV-də baş verən yeniliklər ilə bağlı təşəkkürlərini çatdırıb. Sonra yaradıcı və texniki sahədə yeniliklərdən, qarşıda duran məsələlərdən danışılaraq şura üzvlərinin təklifləri əsasında qərarlar qəbul edilib.  Yaradıcı heyətdə kadrların daha da yenilənməsi istiqamətində Mədəniyyət və İncəsənət Universitetilə sıx əməkdaşlıq barədə də qərar qəbul edilib. Eyni zamanda qərara alınıb ki, Bədi Şuranın nəzdində qurumda təmsil olunan aidiyyəti şəxslərdən ibarət Musiqi Qrupu da yaradılsın.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir