Modern.az

Qazaxıstanın yeni prezidenti: “Ermənistanla tarix və dil baxımından oxşarlığımız çoxdur”

Qazaxıstanın yeni prezidenti: “Ermənistanla tarix və dil baxımından oxşarlığımız çoxdur”

11 İyun 2019, 09:44

Qazaxıstanın yeni seçilən prezidenti Qasım-Jomart Tokayev keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanla münasibətlərindən danışıb.

 

Modern.az saytının xəbərinə görə, bu haqda “Forbes-Qazaxıstan” nəşri yazıb.

Tokayev bildirib ki, onun Ermənistana böyük simpatiyası var.

 

“Bu yaxınlarda mən Nikol Paşinyanla görüşdüm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Bildiyim qədərilə təbrik etmək üçün. Biz konkret layihələrlə əməkdaşlığımızın möhkəmlənməsi üzərində razılaşdıq”-deyə Tokayev bildirib.

O deyib ki, Qazaxıstanın Ermənistanla tarix və dil baxımından oxşarlığı çoxdur.

 

“Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, Qazaxıstan tərəfindən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır