Modern.az

Gədəbəydə şəhidlərin xatirəsinə abidə bulaq kompleksi açıldı

Gədəbəydə şəhidlərin xatirəsinə abidə bulaq kompleksi açıldı

11 İyun 2019, 13:48

Gədəbəy rayonunun Zəhmət kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş abidə bulaq kompleksinin açılışı olub.

 

Modern.az xəbər verir ki, açılış mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri kənd camaatı iştirak edib.

Bildirilib ki, abidə bulaq kompleksin yol qəzasında həlak olan 11-ci sinif şagirdi Təbriz Əliyevin atası tərəfindən inşa edilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gədəbəy rayon icra hakimiyyətinin başçının birinci müavini Natiq Nağıyev şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıb.

Təbriz Əliyevin atası Pənah Əliyev bildirib ki, oğlu şəhidlərin həyatı ilə çox maraqlanıb.

 

"Oğlumun şəhidlərin adını əbədişləşdirmək üçün istəklərini əlimdən gəldiyi qədər mən reallaşdırmağa çalışıram. Şəhidlərimizə borcumuzu heç cür ödəyə bilmərik. Onların əziz xatirəsi qarşısında baş əyirəm"

 

Kəndin ağsaqqalı Oruc Əliyev bildirib ki, Gədəbəy vətənin müdafiəsi uğrunda çox şəhid verib.

 

"Biz bu gün bu torpağın üzərində yaşayırıqsa bunu şəhidlərimizə borcluyuq. Onların ruhu qarşısında baş əyirik. Şəhidlərimizin ruhunun əbədiləşdirilməsi üçün atılan bütün addımlar alqışa layiqdir".

 

Şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov bulaq kompleksinə görə təşəkkürünü bildirib:

"Mənim oğlum döyüşlər başlayanda aspirantura təhsilini yarıda qoyub vətənin müdafiəsi üçün cəbhəyə yollandı”.

 

Milli Qəhrəman İlham Əliyevin anası Sona Əliyeva deyib ki, şəhidlərimizin adını uca tutmaq çox təqdirəlayiqdir.

 

"Şəhidlərimiz bizim başımızın tacıdır. Kəndimizə gələn hamı bu abidəni görəcək və hər keçəndə şəhidlərimizə rəhmət oxuyacaq. Oğlum İlham heç bir tərəddüd etmədən vətənin müdafiəsi üçün düşmənlə döyüşə getdi. Bir şəhid anası kimi deyə bilərəm ki, ölkəmizdə şəhidlərimizə böyük hörmət və diqqət var".

 

Milli Qəhrəman İsgəndər Aznaurovun həyat yoldaşı Gülxanım Aznaurova  bildirib ki, milli qəhrəmanlarla, şəhidlərlə bağlı atılan bütün addımlar təqdirəlayiqdir.

“İsgəndərdər Aznaurov döyüşlərin qızğın vaxtında könüllü olaraq düşmənlə döyüşə getdi və qəhrəmancasına döyüşdü. O deyirdi ki, biz bu torpaqda yaşayırıqsa torpağımızın müdafiəsinə qalxmayıq. Başkəndin işğaldan azad olunmasında İsgəndərin önəmli rolu olub. İsgəndərlə və bütün şəhidlərimizlə qürur duyuruq. Şəhidlərimiz olmasa biz indi bu torpağın üzərində rahat gəzə bilməzdik. Azərbaycanda hər zaman hörmət və qayğı görmüşük". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir