Arxiv
11 İyun 2019, 14:35 | PARLAMENT
“1 sentyabrda başlasın, 25 mayda bitsin” - Deputatlar dərs ili haqda DANIŞDILAR

Orta məktəblərdə dərs ilinin müddəti ilə bağlı mövzu yenidən aktuallaşıb. Valideynlərin böyük əksəriyyəti sosial şəbəkələrdə tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmədiklərini vurğulayır, buna nəhayət son verilməsini istəyirlər.


Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi çətinləşir, davamiyyət aşağı düşür.


Bu səbəbdən də məktəblərin əvvəlki sistemlə - senytabrın 15-dən may ayının 31-nə kimi olmasını istəyirlər.


Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli isə əksinə, dərslərin iyun ayının 14-də bitməsinin olduqca normal hal olduğunu vurğulayır. Mövzu barədə Modern.az-a danışan deputat bildirib:


“Hazırda cəmiyyətdə belə fikir formalaşıb ki, tədris proqramlarında çox ağırlıq var və bu da şagirdlərin dərsləri qavramasında çətinlik yaradır. Amma mənim fikrimcə, şagirdlərin dərsləri qavramasındakı çətinliyi tədris prosesinin düzgün qurulmaması ilə əlaqədardır. Əgər məktəblərdə tədris prosesi normal qurularsa, ayrı-ayrı fənlərin tədrisi iyun ayının 14-nə kimi davam etməlidir. Bu isə şagirdlərin dərsləri daha asan qavramasına, təkamül əsasında başa çatmasına kömək edər.
İkincisi isə tətil günləri ilə bağlı demək istəyirəm ki, 3 ay tətil müddəti var. Bunu bir xeyli də uzatmaq fikrimcə, şagirdlərin hafizəsində sinifdən-sinifə keçmə prossesində çətinlik yaradır. Düşünürəm ki, 3 aylıq məzuniyyət şagirdlər üçün yetəri qədər çoxdur, buna 15 gün də əlavə etmək mənasızdı.
Dərslərin iyunda bitməsindən narazı qalan valideynlər ayrı-ayrı fənn proqramlarının bağlanmasından və təkrar dərslərin keçilməsindən şikayət edirlər. Bu, dərslərin iyunda bitməsi ilə deyil, bəzi məktəblərdə dərs proqramlarının düzgün qurulmaması ilə əlaqədardır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva isə həmkarından fərqli olaraq tədris ilinin mayın 25-də bitməsinin tərəfdarıdır:

“Mən əslində tədris ilinin senytabrın 1-dən başlanıb, may ayının 25-də bitməsinin tərəfdarlarındanam. Tədris proqramlarının erkən bağlanmasına gəlincə, demək istəyirəm ki, biz oxuduğumuz illərdə də may ayının 10-na kimi artıq kitablar yığılırdı, proqramlar bağlanırdı. Kitablar yığılandan sonra biz imtahana hazırlaşır, müzakirələr aparırdıq. Bundan əlavə, müəllimlərimiz yay üçün bizə kitablar məsləhət görürdü. Biz hətta yayda kitab oxuyub, onların annotasiyasını yazırdıq. Amma onu da düşünürəm ki, məsələni bu qədər şişirtməyin, “qlobal problem”ə çevirməyin də adı yoxdur”.

 

Xatırladaq ki, 2015-ci ilə kimi Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşırdı.
Ancaq keçmiş təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin dekabrında imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələlərinin müddəti dəyişdi. Belə ki, həmin əmrlə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır, bu, hazırda da qüvvədədir.


Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36 Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib  18 İyun 2019, 15:35 Sumqayıtın gələcəyini irəlicədən görən rəssam... 18 İyun 2019, 15:25 Qazaxda “KamAZ” yolu keçən piyadanı vurub öldürdü 18 İyun 2019, 15:21 Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ 18 İyun 2019, 15:18 Avropa Birliyi Kiprə görə Türkiyə ilə danışıqları dondura bilər 18 İyun 2019, 15:15 Dillər Universiteti Türk Sinologiya mərkəzləri ilə əlaqələri genişləndirir   18 İyun 2019, 15:09 Polis işçisi intihar etdi 18 İyun 2019, 14:29 Beynəlxalq təşkilat Bakıda mərkəz açmaq istəyir 18 İyun 2019, 14:21 Azərbaycana Çindən turist axını gözlənilir - RƏSMİ 18 İyun 2019, 14:13 Ağstafadakı dəhşətli güllələnmənin görüntüsü yayıldı - VİDEO 18 İyun 2019, 14:11 Qarabağda erməni hərbçi öldü 18 İyun 2019, 14:08 Rayonlarda nə qədər taxıl biçilib? - CƏDVƏL 18 İyun 2019, 14:02 Ümumdünya Turizm Təşkilatının Bakı sessiyasında bir ilk YAŞANDI 18 İyun 2019, 13:54 Qarabağ həqiqətləri ilə bağlı film İsveçdə nümayiş olunacaq 18 İyun 2019, 13:53 Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu 18 İyun 2019, 13:42 Deputat sığorta şirkətlərini ittiham etdi 18 İyun 2019, 13:37 Hərrac keçirildi - manatın məzənnəsi formalaşdı 18 İyun 2019, 13:07 Sabah hava necə olacaq? - PROQNOZ 18 İyun 2019, 12:50