Modern.az

İcra başçısı gənc könüllülərlə görüşüb - FOTO

İcra başçısı gənc könüllülərlə görüşüb - FOTO

11 İyun 2019, 19:28

Goranboy Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə start verib və bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib.


Modern.az xəbər verir ki, iyunun 11-də Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev könüllü fəaliyyətini başa vuran və yeni qoşulan gənclərlə görüşüb.

Gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların asan könüllü olmalarını yüksək qiymətləndirib.


Ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan Məhərrəm Quliyev bu fəaliyyətin də həmin qayğının davamı olduğunu qeyd edib.

 

Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır.


“Bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında geniş imkanlar açacaqdır”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə edəcəklərini vurğulayıb. Cəsarətli addımlarını və fəaliyyətə qoşulmaq istəklərini bir daha yüksək dəyərləndirən icra başçısı bu yolda onlara uğurlar arzulayıb.
Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?