Modern.az

Azərbaycan millisindən biabırçı məğlubiyyət: 1:5 - YENİLƏNİB

Azərbaycan millisindən biabırçı məğlubiyyət: 1:5 - YENİLƏNİB

Aktual

11 İyun 2019, 21:53

Azərbaycan və  Slovakiya millisi arasında qarşılaşma yekunlaşdı.

Modern.az xəbər verir ki, oyun rəqibin 1:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Çoxsaylı azarkeşlər isə həm baş məşqçini, həm də AFFA rəhbərliyini istefaya çağırıb.

***

 

Slovakiya millisi 85-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə David Hantsko öz qolu ilə hesabı 1:5 etdi.

 

***

 

Slovakiya millisinin futbolçusu Marek Hamşek dubl edərək hesabı 1:4-ə çatdırdı.

 

***

 

Slovakiya millisi yenidən fərqlənib. Marek Hamşik 30-cu dəqiqədə hesabı 3:1 etdi.

 

***

 

Azəbaycan futbolçuları hesab arasındakı fərqi azaldıb. Millimizin oyunçusu  Ramil Şeydayev rəqibin qapısına yol tapıb: 1:2

 

***

 

Azərbaycan milli oyunun 27-ci dəqiqəsində qapısında daha bir qol gördü.  Slovakiyanın oyunçusu Yuray Kuçka fərqlənib:  2:0

 

***

 

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyunları keçirilir. 

Modern.az xəbər verir ki,  E qrupunda mübarizə aparan Azərbaycan milli komandası doğma meydanda Slovakiyanı qəbul edir.

Oyunun 8-ci dəqiqəsində  hüsab açılıb. Rəqib komandanın oyunçusu Stanislav Lobotka fərqlənib: 0:1

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi