Modern.az

Böyük Britaniya bu göstəricilərə görə Azərbaycan üçün birincidir

Böyük Britaniya bu göstəricilərə görə Azərbaycan üçün birincidir

Aktual

11 İyun 2019, 21:10

Bakıda Böyük Britaniyanın Milli Günü - Kraliça Yelizavetanın doğum gününə həsr olunan qəbul keçirilib.

 

Modern.az xəbər verir ki,  tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır.

 

Onun sözlərinə görə, XX əsrdə Böyük Britaniya şirkətləri Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynayıb. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir. X. Xələfov vurğulayıb ki, Azərbaycan Böyük Britaniya ilə siyasi dialoqun səviyyəsindən razıdır. O, Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirəcəyinə ümid etdiyini qeyd edib.

 

Xələf Xələfov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən iki ölkə arasında çoxşahəli əməkdaşlıq inkişaf edir: “Azərbaycana xarici sərmayə qoyan ölkələr arasında Böyük Britaniya birinci yerdədir. İki ölkə arasında əlaqələrin əsasən energetika sahəsində inkişaf etməsinə baxmayaraq, hazırda əlaqələr diversifikasiya prosesindədir”.

 

Nazir müavini deyib ki, ölkələr arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Böyük Britaniya azərbaycanlı tələbələrin ən çox üz tutduğu 3-cü xarici ölkədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır