Modern.az

Naxçıvan-Bakı reysində gecikmə: sərnişinlər hava limanında qaldı

Naxçıvan-Bakı reysində gecikmə: sərnişinlər hava limanında qaldı

Aktual

11 İyun 2019, 23:16

Hazırda Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunur.

Modern.az xəbər verir ki, hava limanında olan sərnişinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.

 

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:

 

“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var: "Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00-a nəzərdə tutulub".

 

Qeyd edək ki, hazırda Naxçıvanda ildırım çaxır, yağışlı hava müşahidə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!